İRNA AGENTLİYİNİN YENİ DİREKTORU TƏYİN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının rəsmi informasiya agentliyi olan İRNA-nın icraçı direktoru vəzifəsinə Məhəmməd Cəfər Behdad təyin olunmuşdur. O, bu vəzifədə İranın mərkəzi kütləvi informasiya vasitəsinə son 20 ayda başçılıq etmiş Cəlal Fiyazini əvəz etmişdir.
İRNA agentliyi İran Mədəniyyət və İslami-İrşad Nazirliyinin bölməsi olduğu üçün M.C.Behdadın təyinatı haqqında qərarı nazir Məhəmməd Hüseyn Səffər-Xərəndi imzalamışdır. Yeni icraçı direktor Tehran Universitetinin məzunu, 1980-88-ci illər İran-İraq müharibəsinin veteranıdır. Uzun illər əsirlikdə olmuşdur. İnformasiya sahəsində 12 ildir çalışır. İslam Jurnalistləri Cəmiyyətinin Direktorlar Şurasının üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]