Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşçilərin əmək məzuniyyəti hüquqları necə tənzimlənir?

İşçilərin əmək məzuniyyəti hüquqları necə tənzimlənir?

Bakı, 9 fevral, AZƏRTAC

İşçilərin və müəssisələrin qarşılıqlı vəzifə və öhdəlikləri Əmək Məcəlləsi ilə tənzimlənir. Bu öhdəliklər arasında məzuniyyət mövzusu həmişə aktuallığını saxlayır. İşçilərin tam və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüquqlarına Əmək Məcəlləsi ilə təminat verilir. Hər bir işçi il ərzində neçə gün məzuniyyətə çıxa bilər, məzuniyyətdən istifadə hüququ nə zaman yaranır, neçə növ məzuniyyət var, məzuniyyət haqqı necə hesablanır?

AZƏRTAC-ın bu və digər suallarını Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə cavablandırıb.

- Əmək Məcəlləsinə əsasən hər bir işçi il ərzində minimum neçə gün ödənişli əsasda məzuniyyətə çıxa bilər?

- Məzuniyyətin əsas məqsədi işçinin iş mühitindən ayrılaraq sağlamlığının mühafizəsi məqsədilə istirahət etməsi, peşə əmək qabiliyyətinin qorunmasıdır. Bu baxımdan, nəzərdə tutulmuş əmək məzuniyyəti hüququnun təmin edilməsi mütləqdir.

İşçilərə ödənişli əsasda məzuniyyət bir iş ili ərzində 21 təqvim günündən az olmayaraq verilir. İşçinin həmin müddətdə hər il mütləq formada əmək məzuniyyətindən istifadə etməsi vacibdir. Başqa sözlə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyənləşdirilmiş qaydada 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Aqrar sektorda çalışan işçilərə, dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, təhsil müəssisəsində pedaqoji işlə məşğul olmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, metodistlərə, istehsalat təlimi ustalarına, təlimatçılara, kitabxanaçılara, laborantlara, emalatxana rəhbərlərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, dayələrə, xidmətçilərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara, eləcə də Əmək Məcəlləsinin müvafiq maddələrində qeyd olunmuş digər işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

- Məzuniyyətdən istifadə hüququ nə zaman yaranır və onun hansı növləri var?

- Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçilərin hər il bu məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə sosial, ödənişsiz, təhsil məzuniyyətindən istifadə etmək hüququ var. Əsas və əlavə, təhsili davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən məzuniyyətin yaradıcılıq, təhsil, eləcə də sosial, ödənişsiz olmaqla bir sıra növləri var.

- Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi?

-Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bir şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır. Məzuniyyətin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin istəyi ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

- Bəs qismən ödənişli sosial məzuniyyət hansı hallarda verilir?

- İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyənləşdirilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyənləşdirilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Qismən ödənişli sosial məzuniyyət müddəti əmək stajına daxil edilmir. Əmək Məcəlləsinin 117.1-ci maddəsinə əsasən bütün əsas və əlavə əmək məzuniyyətinin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, həmin yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

- İş stajından asılı olaraq əsas əmək məzuniyyətinə əlavə məzuniyyət neçə gün artırılır?

- İşçilərin beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Eləcə də zərərli və ağır işlərdə çalışan, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərin əlavə məzuniyyət hüququ var. İş şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

- Ödənişsiz məzuniyyətdən istifadə hüququ qanunvericiliklə necə tənzimlənir?

-Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var. Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyənləşdirilən ödənişsiz məzuniyyət verilə bilər.

- İstifadə olunmamış məzuniyyət müddətinə görə kompensasiya ödənilməlidirmi?

- İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məzuniyyət işçinin işlədiyi günlərə görə formalaşdığı üçün hansı müddət işləməsindən asılı olmayaraq qazanılmış məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. İşçiyə işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanarkən həm əsas, həm də əlavə məzuniyyətlərə görə kompensasiya hesablanır. Yəni məzuniyyət günlərinin əməkhaqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının ümumi məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna gəlincə isə, bu hüquq əmək müqaviləsinin bağlandığı andan azı altı ay işlədikdən sonra yaranır.

- İşçiləri məzuniyyətlə bağlı hansı məsələlər daha çox maraqlandırır?

- Təcrübə göstərir ki, insanları ən çox maraqlandıran məsələlərdən biri məzuniyyətin verilmə vaxtı və ondan necə istifadə olunmasıdır. Əmək Məcəlləsinə əsasən, əgər işçinin məzuniyyət hüququ varsa, şəxs onu istədiyi vaxt götürüb istirahətə gedə bilər. Yəni məzuniyyət vəzifə yox, hüquqdur. İşçinin məzuniyyətə çıxma vaxtını işəgötürən müəyyənləşdirə bilməz.

Əmək Məcəlləsinə əsasən, işçiyə müvafiq əməkhaqqı ödənişi məzuniyyətin başlanmasına üç gün qalmış həyata keçirilməlidir. Əgər vəsait ödənilməyibsə, o halda işçi məzuniyyətin başlanma vaxtını ona əməkhaqqının faktiki verildiyi gündən hesablanmasını tələb edə bilər. Təsəvvür edin ki, müəssisə və ya təşkilat rəhbəri işçini məzuniyyətə əməkhaqqını ödəmədən çıxarır. Belə olan halda, o, evdə oturaraq günlərini boşuna keçirəcək və məzuniyyət hüququndan yetərincə yararlana bilməyəcək.

Habelə vətəndaşlar bunu da bilməlidirlər ki, onlar məzuniyyətdə olduqları müddətdə işəgötürən işçilərin əmək müqaviləsini ləğv edə bilməz. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətə buraxılması və onun müddətinin bitdiyi gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO