İşğaldan azad olunan ərazilərdə 200 hektardan artıq fındıq bağı salınıb
Bakı, 15 noyabr, AZƏRTAC
“Uzun illər işğalda saxlanılan ərazilərin azad edilməsi ilə bu bölgələrdə aqrar fəaliyyət bərpa edilib”.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, 2023-cü ildə isə 72 min hektar ərazi əkin dövriyyəsinə qatılıb. Azad edilmiş ərazilərdə çoxillik əkinlərin təşviq olunması dövlətin daim diqqət mərkəzində saxlanılır. Son illərdə bu ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağı salınıb. Bu bağlara əkin subsidiyası ödənilib, istifadə olunan texnika və avadanlıqlara dövlət dəstəyi göstərilib”, - deyə A.Cəfərli bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]