İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkilib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Televiziyası işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirib ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb.
“Əlvida, silah” adlı sənədli film Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşlarının təhlükəli və məsuliyyətli işindən, həmçinin həyatından bəhs edir.
Horadiz və Füzulidə aparılmış çəkilişlərdə mina təmizlənməsi prosesi neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.
Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları isə Adil Abbasov və Elşən Bədəlovdur.
Afaq Vasifqızı filmin çəkiliş prosesi ilə bağlı danışarkən bildirib ki, “Əlvida, silah”da hər bir kadrı “Azərbaycantelefilm”in əməkdaşları çəkib. Heç bir arxiv görüntüdən istifadə olunmayıb. Sənədli film yaxın günlərdə yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]