“İşıqlı kuklalar” şousunun əlavə seansı keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
Nikolay Zıkov teatrının təqdimatında Bakıda ilk dəfə keçiriləcək “İşıqlı kuklalar” şousuna göstərilən marağı və çoxsaylı tamaşaçı müraciətlərini nəzərə alaraq həmin şounun əlavə (saat: 16:00) seansının keçirilməsi qərara alınıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq satışda olan ikinci seansın biletlərini şəhərin bütün kassalarından əldə etmək olar.
Qeyd edək ki, fevralın 17-də Heydər Əliyev Sarayında izləniləcək “İşıqlı kuklalar şousu” uşaqlar üçün nəzərdə tutulan interaktiv yeni tamaşadır.
Dünyanın ən tanınan kuklaçılarından biri olan Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Həmçinin o, yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Öz kreativliyi ilə fərqlənən, yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]