İSLAM KONFRANSI TƏŞKİLATI VƏ AVROPA İTTİFAQI ÜÇLÜKLƏRİ (TROYKALARI) ARASINDA GÖRÜŞ
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdən məqsəd müsəlman dünyası ilə Qərb ölkələri arasında olan məsələlərin, xüsusilə noyabrın 12-də İstanbulda Türkiyə və İspaniya baş nazirlərinin, BMT-nin baş katibinin iştirakı ilə keçirilmiş “Sivilizasiyaların birləşməsi” mövzusunda konfransın nəticələrinin müzakirəsi idi.
Finlandiya nümayəndəsi müsəlman dünyası ilə Avropa İttifaqı arasında əməkdaşlığa mane olan məsələlərin aradan qaldırılmasının vacibliyini və bu baxımdan mədəniyyətlər, sivilizasiyalar arasındakı anlaşmanın genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
İKT-nin sədri kimi Azərbaycan tərəfi dialoqun davam etdirilməsinin mühümlüyünü bildirmiş və onun məqsədyönlü olması üçün dialoqun müzakirə məsələlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Yəmən, Pakistan və Almaniya nümayəndələri də dialoqun davam etdirilməsini dəstəkləmişlər. Eyni zamanda onlar həm Aİ, həm də müsəlman dünyası üçün mühüm olan məsələlərə diqqət yetirilməsini, habelə BMT-də keçirilən islahatların səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]