İslamiada: Basketbol 3x3 yarışlarında dörddəbir final mərhələsinin görüşləri keçirilir
Bakı, 20 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının üçüncü günündə qadınların və kişilərin mübarizəsində dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk görüşdə qadınların yarışında Mali və Fələstin yığmaları qarşılaşırlar.