İSMAYILLI RAYONUNUN DAHA İKİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi günlərində İsmayıllı rayonunun Mollaisaqlı və Ustalqışlaq kəndlərinə təbii qazın verilişi bərpa olunmuşdur.
Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hər iki kənddə təbii qazın verilişi 1994-cü ildən dayandırılmışdır. On dörd illik fasilədən sonra rayon icra hakimiyyətinin təşəbbüsü və iş adamı Famil Bağıyevin köməyi ilə bu iş təşkil olunmuşdur.
Təbii qazın verilməsi münasibətilə adları çəkilən kəndlərdə açılış mərasimləri keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruz Aslanov, şair Baba Vəziroğlu, kənd ağsaqqalı Musa Sadıqov, Fazil Muradov çıxış etmişlər. İkiqat bayram sevinci yaşadıqlarını qeyd edən natiqlər ucqar dağ kəndlərinə təbii qazın verilməsini ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsi, ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin bölgələrə göstərdiyi diqqət və qayğının parlaq təcəssümü kimi dəyərləndirmişlər.
Qeyd olunmuşdur ki, yaxın vaxtlarda rayonun daha bir neçə kəndinə təbii qaz veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:43]