İDMAN
İspaniyadakı daşqınlar Robert Levandovskinin evinə ziyan vurub
Bakı, 5 noyabr, AZƏRTAC
İspaniyadakı daşqınlar zamanı “Barselona” komandasının futbolçusu Robert Levandovskinin yaşadığı evə ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə polşalı hücumçunun həyat yoldaşı sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, yolları su basdığı üçün 37 yaşlı forvard komandanın məşqinə getməkdə çətinlik çəkib.
Qeyd edək ki, son məlumatlara görə ölümcül daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq altında qalıb.