“İsrail-Azərbaycan” Beynəlxalq Təşkilatı idarə heyətinin üzvlərindən
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi İsrail Dövlətində fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Təşkilatı - Azərbaycan yəhudi diasporunun üzvləri adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dinamik və sürətlə inkişaf edən ölkədir. Cənubi Qafqazda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük və əvəzolunmaz xidmətləriniz vardır. İsrail Dövlətində Sizin şəxsiyyətinizə böyük hörmətlə yanaşır, diplomatik müdrikliyinizi və müasir xarici siyasi problemlərin həllində təcrübənizi, Azərbaycanı beynəlxalq arenada mühüm, güclü və müstəqil amilə çevirən, ölkə iqtisadiyyatının sürətli inkişafında səylərinizi yüksək qiymətləndirirlər.
“İsrail-Azərbaycan” Beynəlxalq Təşkilatı hər zaman İsraildə fəxrlə qeyd edir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasəti davam etdirərək, ölkənin yəhudi icmasının ənənələrinə qayğı və diqqətlə yanaşır. Bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və nadir yer olan Qırmızı qəsəbə həqiqətən Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu mehriban yaşayır, bir-birini doğma qardaş hesab edirlər. Bu da, cənab Prezident, məhz Sizin multikulturalizm və tolerantlıq siyasətinizin gözəl nəticəsidir. Müdrik siyasətiniz nəticəsində Azərbaycan dünyada, o cümlədən İsraildə sivilizasiyalararası dialoq nümunəsidir və biz Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ilə hər zaman fəxr edirik.
Zati-aliləri, qarşıdakı illərdə də İsrail ilə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizə hər zaman dəstək olmağa hazırıq.
Hörmətli cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirik.
Dərin hörmətlə,
“İsrail-Azərbaycan” Beynəlxalq Təşkilatı
idarə heyətinin üzvləri