İSRAİLİN MÜSTƏQİLLİYİ GÜNÜ ŞƏRƏFİNƏ
Azərbaycanın və İsrailin dövlət himnləri səsləndi.
İsrail dövlətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Eytan Naye qəbulda çıxış edərək bildirdi ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının mənafeləri naminə daim inkişaf edəcək, möhkəmlənəcəkdir.
Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin adından qəbul iştirakçılarını İsrailin milli bayramının ildönümü münasibətilə təbrik etdi. O, xüsusi vurğuladı ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinə ümummilli liderimiz Heydər Əliyevin müdrik xarici siyasəti sayəsində təkan verilmişdir. Təsadüfi deyil ki, son illər bütün sahələrdə Azərbaycan-İsrail əlaqələrinin dinamik inkişaf etdiyi müşahidə olunur. G.Baxşəliyeva iki ölkənin parlamentləri – Knesset ilə Milli Məclis arasında sıx əlaqələr yarandığını da nəzərə çarpdırdı.
Rəsmi qəbulda respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]