İstanbul Universiteti-Cərrahpaşa Türkiyədə istifadə olunan dərs vəsaitlərini Tibb Universitetinə hədiyyə edib
Bakı, 12 dekabr, AZƏRTAC
Son illər Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. ATU dünyanın bir çox ölkəsinin aparıcı tibb universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalayıb. Bu universitetlər arasında Türkiyənin ali məktəbləri, o cümlədən İstanbul Universiteti-Cərrahpaşa xüsusi yer tutur.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Nuri Aydın Qarabağ zəfəri münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıb. O, ATU-da yeni açılmış tibb bacısı ixtisası üçün Türkiyədə istifadə olunan dərs vəsaitlərini Tibb Universitetinə hədiyyə edib. Həmin kitabların tələbələr üçün faydalı olacağına inandığını bildirib.
Qeyd edək ki, bu əməkdaşlığın daha da gücləndirilməsində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın da xüsusi əməyi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]