İstanbulda baş vermiş təyyarə qəzasında bir nəfər həlak olub
İstanbul, 6 fevral, AZƏRTAC
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəza ilə bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
AZƏRTAC xəbər verir ki, məlumata əsasən, indiyədək xəstəxanalara 157 nəfər yerləşdirilib, bir sərnişin həlak olub.
Hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Sabiha Gökçən aeroportuna təyin edilən reyslər İstanbul hava limanına yönləndirilib.
İlkin məlumata görə, qəza hökm sürən əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.
Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]