İstanbulda “Qurani-Kərim”in nazil olduğu ilk dövrə aid yazı nüsxələrinin sərgisi açılıb
Bakı, 29 aprel, Ceyhun Alışlı, AZƏRTAC
Suriyanın paytaxtı Dəməşqdən tapılan “Qurani-Kərim”in nazil olduğu ilk dövrlərə aid “Kifi” yazı növü nüsxələri İstanbulda sərgilənir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Möcüzə kitabının möhtəşəm xətti: Kifi” adlı sərgi Türk və İslam Əsərləri Muzeyində açılıb. 94-dək “Qurani-Kərim” nüsxəsinin nümayiş olunduğu sərgidə, həmçinin Xilafət və Osmanlı dövrlərinə aid nüsxələr də nümayiş olunur.
1917-ci ildə Dəməşqdə baş vermiş yanğından xilas edilən müqəddəs nüsxələr VIII və IX əsrlərə aiddir. Sərgidə təqdim olunan “Qurani-Kərim”in ilk nüsxələri Türk və İslam Əsərləri Muzeyinin yaradıcı heyəti tərəfindən İstanbula gətirilib və hazırda muzeyin ekspozisiyasında “Dəməşq sənədləri kolleksiyası” kimi qorunur.
Yerli və xarici turistlərin ziyarəti üçün açıq olacaq sərgi mayın 30-dək davam edəcək.
Qeyd edək ki, “Kifi” yazı növü ərəb yazısının düz, yerli xətlərlə yazılan köhnə forma və islamiyyətin ilk əsrlərində “Himyeri” yazısının dəyişməsi ilə yaranan dik, sərt və künclü yazı növü olaraq tanınır. İslam xətt sənətində ən qədim yazı növü olan “Kifi” xətt adını Kufə şəhərinin adından götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [19:51]
Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq
- 29.05.2026 [19:14]
Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür
- 29.05.2026 [19:01]
İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir
- 29.05.2026 [18:06]
“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib
- 29.05.2026 [17:22]
Rumıniya Rusiya konsulluğunu bağlayır
- 29.05.2026 [16:37]
Türkiyədə Şengen viza sistemindən narazılıq artır
- 29.05.2026 [14:46]
İstanbulun fəthindən 573 il ötür
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]