DÜNYA
İstanbulun Dolmabaxça sarayında bir əsr tarixi olan qəzet parçaları tapılıb
![İstanbulun Dolmabaxça sarayında bir əsr tarixi olan qəzet parçaları tapılıb](/files/2020/1/1200x630/15797506631613311175_1200x630.jpg)
İstanbul, 23 yanvar, AZƏRTAC
Türkiyənin Milli Saraylar İdarəsinə bağlı İstanbulun Dolmabaxça sarayında davam edən bərpa işləri əsnasında divar suvağının altından bir əsr tarixi olan qəzet parçaları tapılıb.
AZƏRTAC xəbər verir ki, Osmanlı türkcəsində və fransız dilində nəşr olunmuş, sarayın Süfera salonunda aşkarlanan qəzet parçalarının Sultan V Mehmed Reşad zamanında sarayda aparılan təmir işləri zamanı dolğu materialı kimi istifadə edildiyi müəyyən olunub.
Qəzetlərdən birində Osmanlı zamanına aid ilk iki - “Osmanlı” və “Prens Celaleddin” təyyarələri barədə məlumat verilir. “Prens Celaleddin” təyyarəsinin Beyrutdan Şama uçuşunun müvəffəqiyyətlə həyata keçirildiyi bildirilir.
Nəşrlərin 1910 və 1917-ci illərə aid olduğu bildirilir.
Bundan əlavə, sarayın eyni salonunda yağlı boya ilə çəkilmiş kişi portreti də tapılıb.
Qeyd edək ki, aparılan bərpa işləri zamanı sarayın digər salonlarında daha əvvəl də bir neçə tarixi əsər tapılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:37]
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]