İstiqlal Muzeyində fond işinin təşkili ilə əlaqədar növbəti videokonfrans
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da İstiqlal Muzeyi tərəfindən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər, Xızı, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının tarix-diyarşünaslıq, Heydər Əliyev Mərkəzləri, xatirə və ev muzeylərinin əməkdaşları üçün "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda təlim -treninq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlim-treninqin moderatoru İstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova təlim-treninqdə iştirak edən muzey əməkdaşlarının suallarını cavablandırıb.
Videokonfransda xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.