İDMAN
İsveçin “Yurqorden” komandası İBA CUP beynəlxalq turnirini yeddinci pillədə başa vurmuşdur
Bakı, 21 iyun (AZƏRTAC). Bakıdakı “Şəfa” stadionunda 14 yaşadək futbol komandaları arasında ikinci dəfə təşkil olunmuş Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda (İBA CUP) beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 21-də turnirdə 7-8-ci yerlər uğrunda görüşdə Bakının “İnter” komandası İsveçin “Yurqorden” kollektivi ilə qarşılaşmışdır.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş İsveç komandasının minimal üstünlüyü ilə yekunlaşmışdır - 0:1.