İsveçlilərə 2020-ci ilin sonuna qədər evdən işləmək tövsiyə olunub
Stokholm, 31 iyul, Rauf Əliyev AZƏRTAC
İsveçlilərə 2020-ci ilin sonuna qədər evdən işləmək tövsiyə olunub.
AZƏRTAC xəbər verir ki, İsveç dövlət səhiyyə qurumlarının bu tövsiyəsi nəqliyyatda və iş yerlərində koronavirus (COVID-19) pandemiyasının yayılması təhlükəsi ilə əlaqədardır.
İsveç dövlət epidemioloqu Anders Tegnell bildirib ki, evdən işləmək ictimai nəqliyyatda sıxlığı azaldır. Bu isə yeni yoluxma hallarının qarşısını almağa, evdən işləyə bilməyən sərnişinlər üçün avtobuslarda və qatarlarda daha çox yer yaratmağa kömək edir.
Xatırladaq ki, bu ilin mart ayının ortalarından etibarən İsveç Xalq Səhiyyə Agentliyi Stokholm sakinlərini və işəgötürənləri evdən işləmək üçün imkan yaratmağa çağırıb. Sonradan bu tövsiyə bütün ölkə əhalisinə ünvanlanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]