İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Mişelin Kalmi-Reyə
Hörmətli xanım Prezident,
Milli bayramınız - Konfederasiyanın yaranması günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İsveçrə münasibətləri özünün dinamik inkişafı ilə səciyyələnir. Əminəm ki, dost ölkələrimizi və xalqlarımızı birləşdirən çoxşaxəli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da fəal şəkildə davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2011-ci il.