İtaliya A seriyası: Milan klublarından böyükhesablı qələbə
Bakı, 6 may, AZƏRTAC
Futbol üzrə İtaliya A seriyasında 36-cı turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda Milan şəhərinin təmsilçiləri böyükhesablı qələbə qazanıblar. “İnter” səfərdə “Udineze”ni 4:0, “Milan” isə öz meydanında “Verona”nı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnir cədvəlinin lideri “Yuventus” doğma meydanda “Boloniya”nı 3:1 hesabı ilə məğlub edib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Kyevo” - “Krotone” - 2:1.
“Cenoa” - “Fiorentina” - 2:3.
“Latsio” - “Atalanta” - 1:1.
“Spal” - “Benevento” - 2:0.
“Napoli” - “Torino” - 2:2
“Sassuolo” - “Sampdoria” - 1:0
“Kalyari” - “Roma” - 0:1.
Qeyd edək ki, 36 turdan sonra turnir cədvəlinə 91 xalla “Yuventus” başçılıq edir. “Napoli” 85 xalla ikinci, “Roma” isə 73 xalla üçüncü pillələrdə qərarlaşıblar.