İTALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KARLO ADZELYO ÇAMPİYƏ
Hörmətli cənab Prezident,
İraqın Ən-Nasiriyyə şəhərində törədilmiş terror aktı nəticəsində italiyalı hərbçilərin və mülki şəxslərin həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 13 noyabr 2003-cü il.