İTALİYA RƏSSAMI TÜRKİYƏDƏ QƏTLƏ YETİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də İstanbul yaxınlığında İtaliyanın Milan şəhərindən olan rəssam qadın Cuzeppina Paskualinonun meyiti tapılmışdır.
Məşhur avanqardçı rəssam Pyetro Mandzoninin qohumu, 33 yaşlı Cuzeppina Paskualino martın 31-də itkin düşmüşdür. O, özünün sülhməramlı aksiyası çərçivəsində gəlinlik paltarında avtostopla səyahət edirdi. Səyahətin son nöqtəsi Təl-Əviv olmalı idi. Burada rəssam rəmzi sülh məktubunu Yaxın Şərq xalqlarını çatdıracaqdı.
Polis qadının qatilini həbs etmişdir. Bu, əvvəllər oğurluq üstündə cəza çəkmiş 38 yaşlı Türkiyə vətəndaşı Murat Karataşdır. Qatili öz tamahkarlığı ələ vermişdir. Karataş öldürdüyü qadının şəxsi əşyalarını məhv etsə də mobil telefonunu özündə saxlamışdır. O, maşınına mindirdiyi qadını zorladığını və sonra boğduğunu etiraf etmişdir.
Cuzeppina Paskualinonun yaxınları və adaxlısı onun meyitini vətənə aparmaq üçün Türkiyəyə gəlmişlər. Türkiyə Prezidenti Abdullah Gül İtaliya səfirinə, həlak olanın qohumlarına, dostlarına, həmçinin bütün italyan xalqına başsağlığı vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]