İTALİYA TÜRKİYƏNİ AVROPA BİRLİYİNƏ DAXİL OLMAQDA KİPRƏ KÖMƏK ETMƏYƏ ÇAĞIRMIŞDIR
İTAR-TASS-ın AZƏRTAC-a verdiyi məlumatda deyilir ki, İtaliya Türkiyəni Kiprin Avropa Birliyinə daxil olması üçün lazımi şərtləri yerinə yetirməkdə bu ada dövlətinə kömək etməyə çağırmışdır. Bu barədə AB-ya sədrlik edən İtaliyanın xarici işlər naziri Franko Frattini iyulun 15-də bəyan etmişdir. Nazir bildirmişdir ki, Roma “Kipr məsələsinin” həlli üçün Ankaradan hərəkət gözləyir. İndiki şəraitdə 2004-cü ildə Avropa Birliyinə Kiprin yalnız yunanlar yaşayan hissəsi daxil ola bilər. AB-ya yeni üzvlərin, o cümlədən Kiprin daxil olması barədə akt adanın yalnız cənub (yunan) hissəsinə nəzarət edən, dünya birliyi tərəfindən tanınmış Kipr Respublikası tərəfindən imzalanmışdır. Kiprli yunanlarla Şimali Kipr Türk Respublikası arasında BMT-nin himayəsi ilə keçirilən danışıqlar martda dayandırılmışdır. 2004-cü ilin dekabr ayında Avropa Birliyi Türkiyənin AB-ya qəbul edilməsi və yaxud buna yol verilməməsi prosedurunu başlamaq haqqında məsələyə dair qərar qəbul etmək niyyətindədir. Türkiyə 1999-cu ildən AB-ya qəbul üçün namizəddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]