İTALİYA YARIM İL ƏRZİNDƏ AVROPA BİRLİYİNİN RƏHBƏR STRUKTURLARINA BAŞÇILIQ EDƏCƏKDİR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, İyulun 1-dən İtaliya yarım il ərzində Avropa Birliyinin rəhbər strukturlarına başçılıq edəcəkdir. O, bu beynəlxalq təşkilatda həmin vəzifəni yerinə yetirən Yunanıstanı əvəz edəcəkdir. 2003-cü il dekabrın 31-dək Roma vahid Avropa Konstitusiyasının qəbul edilməsinə ümid bəsləyir və güman edir ki, Avropa Birliyi iqtisadi qurumunun yaradılmasından (1957) təxminən yarım əsr keçdikdən sonra bu şəhər Şərqi və Cənubi Avropa ölkələrinin iştirakı ilə yeni müqavilənin bağlanacağı yer ola bilər. İtaliya Nazirlər Sovetinin sədri Silvio Berluskoni demişdir ki, “Gələcək Avropa Rusiya Federasiyasını öz tərkibinə daxil etməlidir”. O həmçinin bildirmişdir ki, “İtaliya Rusiyanı vahid Avropa ilə yaxınlaşmasını davam etdirmək üçün Avropa Birliyinin rəhbər strukturlarındakı öz aparıcı rolundan istifadə edəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]