İtaliyada avtobus qəzasında ölənlərin kimliyi məlum olub
Roma, 5 oktyabr, AZƏRTAC
Venesiya şəhərinin Mestre qəsəbəsində turistləri daşıyan avtobusun yerüstü keçiddən aşması nəticəsində həlak olan 21 nəfərin şəxsiyyəti müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, ağır yol qəzasında ölənlərin 9-u Ukrayna, 4-ü Rumıniya, 3-ü Almaniya, 2-si Portuqaliya, biri Xorvatiya, biri Cənubi Afrika Respublikası, avtobus sürücüsü isə İtaliya vətəndaşıdır.
Qəza nəticəsində xəsarət alan və hazırda xəstəxanada müalicəsi davam etdirilən 15 nəfərdən 13-nün də kimliyi məlum olub. Onlardan 5-i Ukrayna, 4-ü Almaniya, 2-si İspaniya, biri Xorvatiya və biri Fransa vətəndaşıdır. Digər iki yaralı ilə bağlı araşdırmalar aparılır, onların Ukrayna vətəndaşları olduğu güman edilir. Yaralılardan 11-i reanimasiya şöbəsinə yerləşdirilib.
Venesiya Prokurorluğu qəza ilə bağlı istintaqı davam etdirir.
Xatırladaq ki, sentyabrın 3-də İtaliyanın şimal-şərqindəki Mestre qəsəbəsindən Margera şəhəri istiqamətində hərəkətdə olan “La Linea” şirkətinə məxsus sərnişin avtobusu naməlum səbəbdən A4 şosesində, dəmir yolu xətti üzərindəki yerüstü keçiddə təxminən 15 metr hündürlükdən aşağı düşərək yanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
- 02.10.2026 [07:46]
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib
- 02.10.2026 [07:07]
Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]