DÜNYA
İtaliyada çimərliklərdəki tullantıların təhlili aparılıb
Roma, 22 may, AZƏRTAC
İtaliyada ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” ekoloji qrupu hazırladığı “Beach Litter 2019” (“Çimərliklərin zibillənməsi 2019”) hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hesabatda 93 italyan çimərliyində 400 min kvadratmetr ərazidə yerləşən tullantıların təhlili aparılıb. Əldə olunan nəticəyə görə, hər bir kvadratmetrə orta hesabla 10 ədəd tullantı düşür. Bildirilir ki, tullantıların 81 faizini plastik qablaşdırmalar təşkil edir.
Qeyd edək ki, “Legambiente” ekoloji qrupu İtaliyanın 20 regionunda şöbəsi, 115 mindən çox üzvü olan ən böyük ətraf mühitin mühafizəsi üzrə təşkilatdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]