İtaliyada meşə yanğınları davam edir
Roma, 10 avqust, AZƏRTAC
İtaliyada paytaxt Romanın da yerləşdiyi Latsio bölgəsində, Kalabria bölgəsində və Siciliya adasındakı yanğınları söndürmək üçün təyyarə və helikopterlərdən istifadə olunur.
AZƏRTAC xəbər verir ki, İtaliyanın mülki müdafiə rəsmiləri yanğınsöndürənlərin dünən 5 yanğının nəzarət altına alındığını və qismən söndürüldüyünü açıqlayıblar.
Hazırda İtaliyada 70 yanğının davam etdiyi, bu yanğınların çoxunun diqqətsizlik nəticəsində baş verdiyi bildirilib.
Mülki müdafiə rəsmiləri bu gün və sabah ölkədə gözlənilən anomal istilər səbəbindən mümkün fövqəladə hallarla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
Qeyd edək ki, ölkənin cənubundakı Siciliya və Sardiniyada havanın temperaturunun 45 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]