DÜNYA
İtaliyada yoluxma sayı azalmaqda davam edir
![İtaliyada yoluxma sayı azalmaqda davam edir](/files/2020/2/1200x630/15887553994283721172_1200x630.jpg)
Roma, 6 may, AZƏRTAC
İtaliyada yoluxma sayının azalması davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 6-sı səhər 10.00-a olan məlumata əsasən, ölkə üzrə indiyədək yoluxma faktı 213 min 13 nəfər, hazırkı pozitiv xəstə sayı 98 min 467 nəfər, sağalma 85 min 231 nəfər, ölü sayı 29 min 315 nəfər təşkil edir.
Mayın 4-dən bu günə yoluxma sayında 1,51 faiz azalma müşahidə olunsa da, ölüm halı 0,81 faiz artıb. Lakin bu xəstələr 2 həftə öncədən yoluxmuş, əsasən yaşlı və xroniki xəstəliyi olan şəxslərdir. Sağalma göstəricisi də 2,84 faiz artaraq 2352 nəfər təşkil edib. Yeni yoluxma sayı martın 10-dan etibarən ən aşağı göstəricidir.
İndiyədək 2 milyon 246 min 666 nəfərdən test analizi götürülüb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.07.2024 [16:48]
Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq
- 05.07.2024 [16:33]
Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb
- 05.07.2024 [15:14]
Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib
- 05.07.2024 [14:51]
Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək
- 05.07.2024 [14:03]
Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO
- 05.07.2024 [13:36]
Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir
- 05.07.2024 [13:33]
Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib
- 05.07.2024 [13:08]