İtaliyanın “İtas” komandası CEV kuboku yarışlarının qalibi olub
Bakı, 27 mart, AZƏRTAC
İtaliyanın “İtas” komandası kişi voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda “İtas” komandası İstanbulun “Qalatasaray” klubu ilə qarşılaşıb.
İtaliyada təşkil olunan ilk oyunda “İtas” 3:0 hesabı ilə qalib gəlib. İstanbuldakı Burhan Felek Voleybol Sarayında keçirilən cavab oyunu da İtaliya komandasının 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
Beləliklə, “İtas” CEV kuboku yarışlarının 2018-2019-cu il mövsümünün qalibi olub.