Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın nüfuzlu qəzeti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa işlərindən yazır

İtaliyanın nüfuzlu qəzeti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa işlərindən yazır

Roma, 27 avqust, AZƏRTAC

İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “Insideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun Azərbaycana səfəri ilə bağlı silsilə yazılarının dərc olunması davam edir. Bu xüsusda, növbəti məqalə kimi “il Giornale” qəzetində müəllifin “Qarabağ: Azərbaycanın keçmişi, bu günü və gələcəyi” sərlövhəli yazısı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı “ağıllı şəhərlər”, turizm, yenidən məskunlaşma və böyük infrastrukturun qurulması istiqamətləri üzrə böyük planlarının olduğu bildirilir. Müəllif qeyd edir ki, Azərbaycanın gələcəyinin əhəmiyyətli bir hissəsi daha çox tanınan Qarabağ, eləcə də azad edilmiş yeddi rayonlardan beşinin - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayılın aid olduğu Şərqi Zəngəzur bölgələri ilə bağlı olacaq və burada rəsmi Bakı müttəfiqlərinin və tərəfdaşlarının, ilk növbədə İtaliya, Türkiyə və İsrailin iştirakı ilə evlər, avtomobil və dəmir yolları, hava limanları, “ağıllı şəhərlər”, texnoparklar və elektrik stansiyaları inşa etməkdədir.

“İkinci Qarabağ müharibəsi alovlanmasa idi və müharibədə qalib gəlinməsə idi bunların heç biri nə mümkün, nə düşünülə, nə də aktual ola bilərdi. Çünki bütün bu layihələr 1990-cı illərin əvvəllərində başlayan otuz illik erməni işğalından sonra Azərbaycanda azad edilmiş ərazilər kimi tanınan və 2020-ci il noyabrın 9-da Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə - şəhərlərdə, rayonlarda və kəndlərdə həyata keçirilir”, - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Bakı hava limanından çıxarkən Azərbaycanın bir ölkə ilə yanaşı, açıq havada nəhəng tikinti sahəsi olması barədə ilk təəssürat yaranır. “Çünki, həqiqətən də, qüllələrdə olan kranlar, inşaat sahəsində çalışan işçilər və asfaltlama və tikinti işləri hər yerdə - həqiqətən də hər yerdə, Bakının mərkəzindən şəhər ətrafına, paytaxtdan Gəncəyə, Şuşadan keçərkən və digər azad edilmiş ərazilərdə görülə bilər. Bu tikinti sahələri ölkəni uzunundan eninə, dağlardan dəniz sahillərinə qədər nəhəng bir görkəmlə əhatə edirlər. Müharibədən sonrakı vəziyyət Ermənistandan fərqli olaraq Azərbaycanda fiziki və mənəvi milli dirçəlişin sinonimi kimi oxunur, şərh olunur və yaşanır”, - deyə müəllif vurğulayır.

Yazıda bildirilir ki, kiçik və böyük inşaat sahələrinin bütün ölkə ərazisinə yayılmasına baxmayaraq, onlar Qarabağda və Şərqi Zəngəzurda xüsusilə çox həcmdə mövcuddur və şübhəsiz ki, ölçüsü və aktuallığı baxımından Füzulidə beynəlxalq hava limanının, “Zəfər yolu” kimi tanınan Əhmədbəyli-Füzuli-Şuşa magistral yolunun, Qafqazın Xirosiması Ağdamdan keçən Naxçıvanla Azərbaycanı birləşdirəcək yüz kilometrlərlə dəmir yolunun inşası diqqətəlayiqdir.

“Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması mövcud sərmayə, nou-hau və tələb olunan vaxt baxımından bir çağırışdır. Azərbaycan hakimiyyətinin İtaliya-Türkiyə-İsrail üçlüyünə üstünlük verərək xaricdən investisiya yatırmağa çağırışı bu xüsusda əhəmiyyət kəsb edir. İşlər ciddi şəkildə başa çatdırılmalıdır. Çünki, bu layihələr həqiqətən də, Cənubi Qafqazın hegemon gücü olan Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir”, - deyə məqalədə qeyd olunur.

Müəllif qeyd edir ki, gələcək sadəcə Bakı ilə Gəncə arasında deyil, daha çox Füzuli ilə Şuşa arasında yazılacaq və bu gələcək Qarabağın tam şəkildə inkişafı və Ermənistanla müvafiq normallaşma vasitəsilə Qafqaz regionunun geniş inkişaf imkanlarının açılmasındadır.

Məqalədə bildirilir ki, bölgədə infrastrukturun qurulması sadəcə yeni yolların, magistral yolların, dəmir yollarının, hava əlaqələrinin, texnoparkların, elektrik və günəş və külək elektrik stansiyalarının inşası anlamına gəlmir, çünki hökumət başqa bir vasitə ilə - turizmlə öz əraziləri üzərində suverenliyini bərpa etməsinin ardınca gəlirləri maksimum dərəcədə artırmaq niyyətindədir.

“Turist axınını təmin etmək üçün infrastrukturun qurulması istər daxili - özünü təmin edən turizm, istərsə də xarici - beynəlxalq turizm xizək kurortları, əyləncə parkları, mehmanxanalar və digər əyləncə yerlərinin inşası deməkdir. Çünki Qarabağ və Şərqi Zəngəzur yenidən qurulduqdan sonra mərkəzdən asılı olan bölgələr deyil, ölkənin (və dünyanın) digər hissəsi ilə uyğun inkişaf etmiş, özünü təmin edən bölgələr olmalıdır. Turizm də bu məqsədə xidmət edə bilər”, - deyə müəllif qeyd edir.

Jurnalist məqaləsində Azərbaycan hökumətinin bu əraziləri turizm baxımından necə cəlbedici etmək, eləcə də evlərin, mehmanxanaların və gələcək hava limanının işini necə təşkil etmək niyyətində olduğunu öyrənmək üçün Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmiddən müsahibə aldığını bildirir.

Məqalədə F.Zenqstşmidə istinadla qeyd olunur ki, Azərbaycanda turizm nisbətən gənc bir sektordur, bu sektor ümumi daxili məhsulun 2,5 faizinə birbaşa töhfə verir, dolayı gəlirlə bu rəqəm 4 faizə bərabərdir və Azərbaycan Avroviziya mahnı müsabiqəsi, İslam Oyunları, Formula 1 və Avropa futbol çempionatları kimi ən böyük tədbirlərə ev sahibliyi edən beynəlxalq bir məkandır.

Məqalədə beynəlxalq turistlərin daha çox Bakının ev sahibliyi etdiyi 2012-ci ildə Avroviziya mahnı müsabiqəsindən sonra ölkə ilə daha yaxından tanış olmağa başladıqları, bu gün Azərbaycanda turizm baxımından bütün imkanların - əla infrastrukturun, təlim keçmiş işçilərin, tematik paketləri olan səyahət agentliklərinin, tanınmış beynəlxalq markaların və alış-veriş üçün butik dükanların, italyanların da inkişafına töhfə verdiyi əla restoran və şərabçılıq müəssisələrinin olduğu bildirilir.

F.Zenqstşmidin fikirlərinə istinadla müəllif yazır ki, Bakının Amerika tipli göydələnlərindən başqa daha çox elementləri - uzun gözəl dəniz sahili, bulvarı, idman parkları, velosiped və skeytbord yolları, çay evləri, kafeləri, hətta içində şəlaləsi olan “Deniz Mall” kimi Xəzərin ən böyük əyləncə kompleksi var.

“Bakı, ümumilikdə Azərbaycan İtaliyada və Avropa şəhərlərində tapıla bilən çox bənzər qədim və müasirliyin birləşməsidir. Burada dar küçələr, xalça mağazaları və mistik yerlər vardır. Paytaxtın kənarında, hər şeydən bir az tapa bilərsiniz: cənub şəlalələrindən tutmuş zirvələri dörd min metrə çatan və xizək sürə biləcəyiniz, qayalara və buzlaqlara dırmaşa biləcəyiniz Qafqaz dağlarına qədər. Limondan qarla örtülü zirvələrə qədər bütün bunları bir səfərdə görmək mümkündür: çünki maşınla ölkənin cənubu ilə Böyük Qafqaz dağları arasındakı məsafə cəmi beş saatdır”, - deyə F.Zenqstşmidin fikirlərinə istinad edilir.

Qeyd olunur ki, ölkənin gözəlliklərindən istifadə edərək əldə olunan gəliri maksimum dərəcədə artırmaqla yanaşı, hökumətin əsas məqsədlərindən biri Qarabağın və Şərqi Zəngəzurun brendləşdirilməsidir və Alp dağlarına çox bənzəyən Şuşa vadisindən Kəlbəcərə qədər olan yerlər vizual və mədəni zənginləşmə nöqteyi-nəzərdən unikal təcrübələr təqdim edə bilər.

“Yuxarıda göstərilən səbəblərə görə, hökumət avtomobil yolunun və Füzuli hava limanının tikintisində olduğu kimi işğaldan azad edilmiş ərazilərin modernləşdirilməsi, habelə ərazilərin təhlükəsizliyi, yəni minaların təmizlənməsi və potensial beynəlxalq investorlar üçün adekvat planların işlənməsi üzərində çalışır”, - deyə bildirən müəllif F.Zenqstşmidin fikirlərinə istinadən qeyd edir ki, ilk addım kimi həm yerli sakinlər, həm də xaricilər üçün Ağdam və Füzuli kimi yerləri ziyarət etmək, xarabalıqları və dağıntıları, həmin ərazilərin əvvəl necə, indi necə olduqlarını və yenidən tikilməkdə olan sahələri görmək üçün ümumi olan normal bir marşrutun qurulması ola bilər.

Müəllif Azərbaycanda çox etibarlı bir tərəfdaş sayılan İtaliyanın Azərbaycanın inkişaf etməkdə olan turizm sənayesinin ən böyük dəvətliləri arasında olduğunu bildirir və F.Zenqstşmidin fikirlərinə istinadən İtaliyanın töhfəsinin yeni mehmanxanaların qurulmasından əyləncə sektoruna qədər faydalı ola biləcəyini, texnologiyaya və infrastruktura töhfə verməklə İtalyan texnologiyasının Qafqaz dağlarında süni qar istehsalı və qar örtüyünün saxlanılması üçün istifadəsi və italyan mütəxəssislərinin Qarabağdakı mədəniyyət abidlərinin mühafizəsi və bərpasına cəlb olunması imkanlarını qeyd edir.

İnvestorlarla yanaşı, Azərbaycanın italyan turistlərini də dəvət etdiyini yazan müəllif Florian Zenqstşmidə istinadən italiyan turistlərinin burada müxtəlif italyan restoranları və digər tanış mənzərələri tapa biləcəyini, bəlkə də bu səbəblərdən 2018-2019-cu illər arasında İtaliyadan gələn turist axınında 10,8 faiz artım olduğunu vurğulayır.

Məqalədə deyilir ki, italyanlar Azərbaycana gəldikdə təhlükəsiz və multikultural bir ölkəni, ABŞ və İsraildən kənarda ən böyük yəhudi məskunlaşmasını, Qafqaz Albaniyasının qalıqlarını, kilsələri, məscidləri, Zərdüşt məbədlərini, fərqli mədəniyyətlərə və inanclara aid yerləri, Yanar dağı, Atəşgahı kimi unikal yerləri görəcəklər və mədəniyyətlərin və dinlərin bu sintezi Azərbaycana səfər etməyə təşviq edən əsas səbəblərdəndir.

Məqalə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.ilgiornale.it/news/mondo/karabakh-passato-presente-e-futuro-dellazerbaigian-1970880.html

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir