Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyirmi səkkiz il qəriblik həyatı yaşayan Şuşa məscidləri - ARAŞDIRMA

Bakı, 1 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

AZƏRTAC Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları təqdim edir. Bu silsilədən olan növbəti məqalə Şuşanın tarixi məscidlərindən bir neçəsi haqqındadır.

İyirmi səkkiz il Ermənistanın işğalı altında olan Şuşa şəhərinin dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevirmək Ermənistan hökumətinin siyasətində prioritet məsələlərdən birini təşkil edirdi. Ermənilərin siyasətinə görə Azərbaycanın tarixi Şuşa şəhərini əzəli görkəmindən məhrum etmək, şəhər landşaftını dəyişdirmək, Şuşanı erməni şəhərinə çevirmək lazım idi. Buna görə, ilk növbədə, azərbaycanlılara məxsus tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələrin tamamilə dağıdılmasına qərar verilmişdi.

İşğal dövründə ermənilər Şuşada 11 məscid, 1 ziyarətgah və 2 türbəni tamamilə məhv etdilər, 6 məscid və 2 mədrəsəni isə dağıdaraq yararsız hala saldılar. Şəhərin 350 hektarlıq qoruq zonasındakı 300 tarix və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurdular. Şəhərin bütün ərazilərində 10-dan çox bağ, park və monumental heykəltaraşlıq nümunələrini məhv etdilər. 17 məhəllədə bulaqlar ya dağıdıldı, ya da formaları dəyişdirilərək erməniləşdirildi. Məhəllə hamamları (Şirin su hamamından başqa) demək olar ki, tamamilə sökülərək Şuşanın coğrafi xəritəsindən silindi.

Şuşa məscidləri 30 ilə yaxın barbarlıq, vandallıq şəraitində öz doğma yurdlarında qəriblik həyatı yaşayırdılar. Onların hər birini hər gün dağıdılmaq, məhv edilmək təhlükəsi izləyirdi. Bu məscidlərdən altısı və iki mədrəsə dağıdılıb yararsız hala salınsa da, öz əzəli formalarını qoruyub saxladılar.

İşğal illərində Minarəli məscidin minarələri qəsdən atəşə tutuldu, sökülüb dağıdıldı, daxili tərtibatları, dizayn və divar yazıları pozuldu, hücrələri və yardımçı otaqları uçurduldu, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salındı.

Məscidlərin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana aparıldı. Bəzi hallarda məscidlərin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazıldı.

1883-1884-cü illərdə tikilən Yuxarı Gövhərağa məscidində 2018-ci ildə erməni başbilənlərinin istəyi ilə “fars mədəniyyətinin” nümunəsi kimi qeyri-qanuni təmir başlandı. Bu təmir işlərində ermənilərin məqsədi necə “tolerant” xalq olduqlarını dünyaya göstərmək və iqtisadi problemlərin həllində İranın dəstəyini qazanmaq idi.

Ermənilər təmir zamanı məscidin içərisində 3 metr dərinliyində qazıntı işləri apardılar. Məqsədi məlum olmayan bu qazıntı məscidin özülünü sarsıdır, daxili sütunların dözümlülüyünü azaldırdı. Belə mühüm əhəmiyyətli binaların bərpasında bərkidici kimi sement məhlulundan istifadə etmək yolverilməz hesab olunur. Məscidin bərpası zamanı ermənilər və iranlı ustalar tərəfindən divar yazıları silinərək yox edildi.

Təmirdən öncə ermənilər Yuxarı Gövhərağa məscidinin ətrafındakı qəbirlərlə hörmətsiz davranır, bu inanc yerləri uşaqların əyləncə yerlərinə çevirmişdilər. Məscid ətrafındakı qəbirlərdən ikisinin baş daşları sındırılmış, qəbirlər qazılmış, iki qəbir sökülərək yox edilmişdi.

Təmir zamanı Yuxarı Gövhərağa məscidinin interyerində formaca xeyli sayda dəyişiklik edilərək, divar yazıları dəyişdirilmiş, daxili interyerdə bədii nümunələr silinərək, məscid orijinal görkəmindən məhrum olunmuşdu.

Tarixi Şuşa şəhərinin böyük məscidlərindən biri də 1832-ci ildə inşa olunan Aşağı Gövhərağa məscididir. Məscidin giriş hissəsi üç tağbəndli geniş eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımsütun üzərində quraşdırılıb.

Şuşada təmir adı ilə aparılan bərpa işləri tarixi Saatlı məscidindən də yan keçməyib. Ermənistan hökuməti bu əraziləri işğal etdikdən sonra abidənin memarlıq quruluşunu dəyişdirib. Hazırda abidənin tikinti quruluşu məscid memarlığına uyğun gəlmir.

Ermənistan ötən 28 ildə nə qədər çalışsa da, Azərbaycanın tarixi Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevirə bilmədi. Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə yekunlaşan qırx dörd günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu qədim yerlər kimə məxsusdur. Düşmən azərbaycanlıların tarixi, milli, dini ənənələrini özündə ehtiva edən abidələri dağıtmağa çalışsa da, buna nail ola bilmədi. Çünki Şuşanın hər küncündə Azərbaycana məxsus bir tarix, bir yaddaş var. Onu zorla yox etməklə həmin tarix silinməz. Və nəhayət ki, Şuşa öz sahiblərinə qovuşdu. İndi bizim üzərimizə düşən vəzifə bu şəhəri, onun tikililərini, abidələrini, tarixi məkanlarını, məscidlərini öz əzəli görkəmini saxlamaqla bərpa etməkdir.

Qeyd: Məqalədə diqqətə çatdırılan faktlar fotolarda əks olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib