Azərbaycan Dövlət İnformasiya Agentliyi

İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ

Rusiya və Azərbaycan. Azərbaycan və Rusiya. Bu gün bunu bilmək vacibdir ki, SSRİ-nin suqutundan sonra biz ciddi şəkildə və uzun müddətə bir-birimizdən ayrıla bilərdik. Bəlkə də o dərəcədə ciddi şəkildə ki, etimad və bir-birinin problemlərini başa düşmək üzərində qurulmuş normal münasibətlərin bərpa edilməsi ilə on illərlə məşğul olmaq lazım gələrdi. Əlbəttə, məsələnin həlli yolları tapılardı. Amma nəyin bahasına?

Münasibətlərimizin bünövrəsində ən başlıca amili - əlaqələrimizin tarixi köklərini qoruyub saxlamaq mümkün olmuşdur. Halbuki, ötən əsrin 90-cı illərinin əvvəllərində hər şey həqiqətən amanabənd idi. Tarixin özünün amanına.

Kremlin siyasətinə etimadın itirilməsi sovet hakimiyyətinin süqutundan hələ bir neçə il əvvəl başlanmışdı. Öncə “partiyanın xeyir-duası” sahəyəsində günahsız üzüm tənəklərinin məhv edilməsi kampaniyasının başlanması ilə, sonra isə itaət etməyənlərin tankların altına salınması ilə. Budur, bu da “hiddətin bəhrəsi”. Sonrakı siyasi partlayışlar üçün zəmin, əslində, beləcə formalaşmışdı.

Tarixən hakimiyyətin sovet modelinin doğurduğu gərginlik, “Vətənin rifahı naminə əmək”dən, intəhasız vədlərdən və kommunizmin nemətləri barədə vədlərdən insanların təngə gəlməsi son həddə çatmışdı. Özü də təkcə Azərbaycanda yox.

İnsanlar yeni hakimiyyət, yeni liderlər axtarışı ilə küçələrə çıxırdılar. Ağına-bozuna baxmadan, heç nədən ehtiyatlanmadan, amma ümidlə çıxırdılar.

Bunun necə olduğunu çoxları xatırlayır. Necə bir inam vardı! Parçalanmaqda olan SSRİ-nin fonunda tribuna liderləri insanları gözəl gələcəyə aparırdılar. Azərbaycanın özünə isə bəzi siyasi strateqlər Rusiya ilə tarixi əlaqələri qırıb, yumşaq desək, koordinatların başqa bir sistemində yer ayırırdılar.

Bunların hamısı olmuşdur. O vaxtlar Azərbaycanın parçalanmaq həddinə gəlib çatması da olmuşdur. İndi bu ölkədə gedən daxili siyasi mübahisələrdə bəziləri qafqazlılara xas qürurla deyirlər: yox,heç də belə deyildir. Bəs necədir? Qəsb edilmiş ərazilər necə, yoxsa bu da sayılmır? Bəs, demək olar, 1995-ci ilədək davam edən siyasi qarşıdurma?

Azərbaycan xalqına halal olsun ki, o qarmaqarışıq çağlarda çox siyasətçilərdən yüksəkdə dayana bildi. Xalq tribuna qəhrəmanlarından daha müdrik çıxdı.

Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev sonra uzun illər ərzində Azərbaycanla Rusiya arasında tammiqyaslı münasibətlərin və etimadın bərpa edilməsi ilə də məşğul oldu.

İndi hamı etiraf edir: Moskvanın Bakı ilə münasibətlərinin yaxşılaşması yalnız ötən ilin yanvarında, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfər edərkən başlandı. Münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ isə, əlbəttə, 2002-ci ildir.

Bu gün Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bax, buna görə də ölkələrimizin prezidentləri belə deyirlər.

Heydər Əliyev: “BİZ DÜZ YOLDAYIQ...”

Vladimir Putin: “VACİB OLAN BUDUR Kİ, ÖLKƏLƏRİMİZDƏ ÜZUNMÜDDƏTLİ PERSPEKTİV ÜÇÜN ARDICIL SURƏTDƏ VƏ QƏTİYYƏTLƏ İŞLƏMƏK ƏHVAL-RUHİYYƏSİ VAR”.

“İzvestiya-Azərbaycan”ın bu buraxılışı son illər ölkələrimiz arasında əməkdaşlığın yekunlarına, qarşılıqlı əlaqələrimizin perspektivlərinə həsr edilmişdir. Bu barədə siyasətçilər, ekspertlər və sadə adamlar danışırlar.

Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti:

BİZ BİR-BİRİMİZƏ ETİBAR EDİRİK

“Bu, artıq üçüncü Rusiya-Azərbaycan sammitidir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti bu ilin yanvarında Moskvada dövlət səfərində olmuşdur, iyunun 9-da isə Sankt-Peterburqda bizim işgüzar görüşümüz oldu. Onda Nizaminin abidəsinin açılış mərasimi də keçirildi. Bu cür fəallıq ölkələrimizin ənənəvi dostluğu və hərtərəfli əməkdaşlığı möhkəmlətməyə göstərdikləri qarşılıqlı səylərə parlaq sübutdur.

Sammitin gündəliyinin başlıca bəndi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında sazişin imzalanması idi. Biz bu qərara doğru çox uzun bir yol keçmişik. Çox mübahisələr olmuş, hər iki tərəf gərgin işləmişdir. Lakin nəzərə çarpdırmaq istəyirəm ki, bu, marağı olan tərəfdaşların gördüyü iş idi. Çox şadam, məmnunam ki, bu iş belə müsbət nəticə ilə başa çatdı.

Təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında hökumətlərarası saziş imzalandı. Dövlətlərimiz arasında humanitar, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə real köməyi baxımından bu sənədin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bununla yanaşı, hərbi təyinatlı məhsulların istehsalında iştirak edən müəssisə və təşkilatlarda ixtisaslaşmanın saxlanması haqqında hökumətlərarası saziş, iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş də imzalandı. Bu, bir daha göstərir ki, bütün sahələrdə münasibətlərin daha da dərinləşməsi prosesi gedir və bu, həqiqətən, çoxplanlı xarakter daşıyır.

Azərbaycan Prezidentinin səfəri beynəlxalq terrorizmlə mübarizədə dünya birliyinin səylərinin birləşdirilməsinin əsasını qoymuş Amerikadakı faciəli hadisələrin ildönümü ilə, əslində, eyni vaxta təsadüf etmişdir. Rusiya bu bəla ilə artıq necə illərdir mübarizə aparır. Öz Prezidenti başda olmaqla, Azərbaycan bizim fəal hərəkətlərimizi lap əvvəldən dəstəkləmişdir. Heydər Əliyeviç dəfələrlə bildirmişdir ki, terror təhlükəsi milli sərhəd tanımır, qorxulu xəstəlik kimi sürətlə yayıla bilər. Biz hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlığı sahəsində böyük əməli təcrübə toplamışıq və bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik. Bununla əlaqədar Azərbaycan Prezidentinin fəal mövqe tutduğunu xatırlatmaq və ona bir daha təşəkkür etmək istərdim.

Biz elektroenergetika, qarşılıqlı fəaliyyətimizin bir sıra digər istiqamətləri barədə də danışdıq. Sənaye kooperasiyası sahəsində bizi mahiyyətcə daha keyfiyyətli qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq saziş imzaladıq. Nəzərinizi təhsil sahəsində imzalanmış sənədə yönəltmək istərdim. Mən tam əminəm ki, diplomların qarşılıqlı surətdə tanınması, əslində, bizi iqtisadiyyat sahəsində daha keyfiyyətli əməkdaşlığa gətirib çıxaracaqdır.

Biz mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən danışdıq. Bildiyimə görə, Azərbaycanda rus dilinin tədrisinin həcmi azalmır. Azərbaycan çox az respublikalardan biridir ki, burada rus dilinin tədrisinin həcmi nəinki azaldılmır, əksinə, bilirəm ki, hətta respublikanın rəhbərliyi bu həcmin saxlanmasına səy göstərir. Bu, bizim üçün çox vacibdir.

Heydər Əliyeviç, mən bunu bilirəm. Onu da bilirəm ki, şəxsən Siz rus mədəniyyətinin, rus dilinin inkişafına və dəstəklənməsinə böyük diqqət yetirirsiniz. Buna görə biz Sizə çox minnətdarıq.

Əminəm ki, ölkələrimiz arasında son vaxtlar yaranmış yüksək etimad ruhu indiyədək mürəkkəb, həlli çətin sayılan bütün məsələlərin həllində bizə kömək edəcəkdir. Doğrudan da, Azərbaycan prezidentinin bu gün dediyi kimi, ikitərəfli baxımdan aramızda belə məsələlər, əslində, qalmayıbdır”.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti:

BİZ SƏMİMİYYƏTƏ GÖRƏ MİNNƏTDARIQ

“Moskvaya hər bir səfərimizin bizim üçün böyük əhəmiyyəti var. Şübhəsiz ki, hər bir belə görüş Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirir. Münasibətlərimiz intensiv inkişaf edir.

Bu prosesin bünövrəsi 2001-ci il yanvarın 9-da Rusiya prezidentinin Azərbaycana tarixdə ilk səfəri ilə qoyulmuşdur. Biz buna böyük əhəmiyyət veririk. Deyə bilərəm ki, o vaxtdan bəri münasibətlərimiz bütün istiqamətlərdə - iqtisadi sahədə də, elm, təhsil sahəsində də intensiv inkişaf edir və edəcəkdir.

Biz Rusiya ilə təxminən 100 sənəd imzalamışıq, bunların 70-i dövlətlərarası, hökumətlərarası sənəddir və onlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından işimizdə çox böyük köməkdir.

Vladimir Vladimiroviç, Rusiya-Azərbaycan münasibətlərinə güclü təkan verdiyinizə görə mən Sizə minnətdaram. Siz əvvəllər mövcud olan bəzi maneələri çox məharətlə aradan qaldırdınız .

Bu cəhətdən Siz özünüzü çox uzaqgörən siyasi xadim kimi göstərdiniz, o mənada ki, əvvəllər olanları arxada qoydunuz. Həmin vaxtdan biz, hər şeydən öncə, prezident Vladimir Vladimiroviç Puntinin Azərbaycana, xalqımıza səmimi münasibətini, ikincisi isə, onun münasibətlərimizin inkişafına çox böyük maraq göstərdiyini, - biz bunu daha çox istəyirik,- üçüncüsü, onun Azərbaycana, bizim işlərimizə hədsiz diqqətini hiss edirik.

Biz yayda Vladimir Vladimiroviçlə Sankt-Peterburqda görüşdük, dahi Azərbaycan şairi Nizaminin abidəsini açdıq, birlikdə açdıq. Bu faktın özünün rus və Azərbaycan xalqları, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox böyük əhəmiyyəti var. Mən Vladimir Vladimiroviçin orada necə gözəl nitq söylədiyini xatırlayıram.

Vladimir Vladimiroviç, madam ki, mən Sizin dəvətinizlə artıq üç dəfə Moskvada olmuşam, - zənn edirəm ki, ilin sonunadək bəlkə yenə belə bir imkan oldu, - Sizi münasib vaxtda Azərbaycana dəvət etməyə tam əsasım vardır. Xalqımızın Sizə olan münasibətini bilirsiniz.

Mən deməliyəm ki, Vladimir Vladimiroviç Putin elə ilk günlərdən həm Rusiyada, həm də bizim respublikada hörmət və nüfuz qazanmışdır. Çünki gördüyü işlərdən, verdiyi bəyanatlardan hamıya bəlli olmuşdur ki, o, həqiqətən, bütün MDB ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmlənməsini istəyir.

Mən sizi daha yormayacağam, amma belə bir cəhət vacibdir ki, Vladimir Vladimiroviçin nəzərə çarpdırdığı ən mühüm məqamları mən də sözbəsöz təkrarlayardım. Bizim bugünkü münasibətlərimiz, bax, bu deməkdir.

Azərbaycanda ictimaiyyət Rusiya Federasiyası ilə əməkdaşlıq haqqında daha çox fikirləşir və bunu çox istəyir. Vladimir Vladimiroviçin rus dilinə, özü də təkcə ona deyil, həm də onun orta məktəblərdə öyrədilməsinə göstərdiyimiz münasibətə dair gətirdiyi bir necə misal bunu təsdiq edir.

Bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasətimizin öncül istiqamətidir.

Biz təxminən iki əsr birlikdə olmuşuq və o qədər qaynayıb-qarışmışıq, o qədər yaxınlaşmışıq ki, bu əlaqələri qırmaq olmaz. Dövlət müstəqilliyi qazanmağımız bir-birimizdən uzaqlaşmağa heç bir əsas vermir, əksinə, bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Biz öz tərəfimizdən bunları edirik”.

(Prezident V.Putinin və prezident H.Əliyevin 2002—ci ilin sentyabrında Rusiya-Azərbaycan sammitində çıxışlarından)

 

Hazırda Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi saxlayır. Azərbaycan bazarında Rusiya sərmaylərinin iştirakı ilə 100-dən artıq müəssisə, o cümlədən 100 faiz Rusiya kapitalı ilə 22 müəssisə, 50-dən çox müştərək müəssisə, Rusiya Federasiyasının müxtəlif təşkilatlarının 30 nümayəndəliyi və filialı fəaliyyət göstərir. Cari ilin 9 ayında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əmtəə dövriyyəsi bütövlükdə 2001-ci ilin göstəricisini (230,6 milyon dollar) keçmişdir və 242,1 milyon dollar təşkil edir.

PREZİDENTLƏR İQTİSADİ ƏMƏKDAŞLIĞIN

SƏVİYYƏSİNDƏN RAZI DEYİLLƏR

İqtisadi əməkdaşlıqdakı uğurlara, əmtəə dövriyyəsinin həcminin artmasına, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşları sırasına çıxmasına baxmayaraq, Moskva və Bakı hesab edir ki, iqtisadi əlaqələrin bərpa olunması prosesi daha sürətlə gedə bilərdi. Vladimir Putin bu barədə nə düşünür? O, açıq deyir ki, malların nomenklaturasına görə də, qarşılıqlı ticarətə görə də, sərmayələrin həcminə görə də, fəaliyyətin istiqamətlərinə görə də nəticələr, əlbəttə, qat-qat yaxşı ola bilərdi. Azərbaycan prezidenti Heydər Əliyev də iqtisadi münasibətlərin səviyyəsindən və keyfiyyətindən razı deyildir.

Beləliklə, nə mane olur? Hər iki ölkənin diqqət mərkəzində olan məsələlər hansılardır?

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının iqtisadi əməkdaşlığının perspektivlərini müəyyənləşdirən əsas sənəd, şübhəsiz ki, 2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə olmuşdur. Bu sənəddə iki ölkə arasında qarşılıqlı surətdə faydalı iqtisadi, elmi-texniki və digər əlaqələrin inkişafına, milli iqtisadiyyatların aparıcı sahələrinin istehsal əməkdaşlığında tərəqqiyə nail olmağa dövlət tərəfindən yardım göstərilməsi üçün kompleks tədbirlər, o cümlədən normativ-hüquqi tədbirlər razılaşdırılmışdır.

Ölkələrimiz arasında qarşılıqlı əlaqələri sahmana salmaqda bir çox illər ərzində toplanmış təcrübə göstərir ki, Rusiya Azərbaycanla yanacaq-energetika kompleksinin bütün sahələrində sıx əməkdaşlığa- yataqların işlənilməsində iştirak etməyə, daxili tələbat üçün karbohidrogen ehtiyatları almağa, onları ixrac etməyə hazırdır. Müştərək müəssisələr və digər təsərrüfat birlikləri, maliyyə və bank strukturları yaratmaq, investisiya layihələri hazırlamaq, elmi tədqiqat işlərində iştirak etmək proqramı perspektiv istiqamətlər sayılır.

Kosmik fəaliyyət sahəsində əməkdaşlıq haqqında, kapital qoyuluşlarının təşviqi və qarşılıqlı surətdə qorunması haqqında sənədlər, humanitar sahədə əməkdaşlıq proqramı və perspektiv əhəmiyyətə malik digər sənədlər hazırlanır.

Bəs mane olan nədir? Ekspertlərin fikrincə, aşağıdakı məsələlərin tənzimlənməsinə ehtiyac var:

- banklararası münasibətlər;

- gömrük prosedurları və sərhəddən keçidlə bağlı formallıqlar zamanı yerli-yersiz hər şeydən şübhələnmək malların və vətəndaşların hərəkəti üçün ciddi maneə olaraq qalır;

- nəqliyyat siyasətini daha da təkmilləşdirilməsinə ehtiyac var. Təsərrüfat subyektlərinin qarşılıqlı borc məsələsi də Rusiya ilə Azərbaycan arasında ticarətin inkişafını ləngidən məsələdir. Ticarət tərəfdaşları arasında borcların vaxtında ödənilməməsi etimadsizlıq yaradır və beləliklə, ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərə əngəl törədir.

Hansı məsələ gündəlikdədir? Azərbaycan ərazisində daimi yaşayan Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan Azərbaycan vətəndaşlarının hüquqi statusu haqqında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müqavilənin müzakirə və qəbul edilməsi ən aktul məsələ sayılır. “Rusiya Federasiyasındakı əcnəbi vətəndaşların statusu haqqında” qanunun noyabrın 1-dən qüvvəyə minməsi ilə əlaqədar, həmin sənədin razılaşdırılması işlərinə yenidən başlamaq zərurəti yaranmışdır, çünki o, yüz minlərlə vətəndaşın mənafeyi ilə bağıdır.

* RUSİYADAN NƏ GÖNDƏRİLİR

Son illər Azərbaycan Rusiyadan əsasən bu məhsulları almışdır:

- neft-mədən avadanlığı və müxtəlif texnoloji avadanlıq;

- maşınlar, avtomobillər və onlar üçün ehtiyat hissələri, dizel mühərrikləri;

- qara metal prokatı;

- kimya və meşə sənayesi məhsulları;

- tikinti materialları (sement, asbest-sement tavalar, şifer);

- dərman vasitələri;

- ərzaq.

* AZƏRBAYCAN NƏ GÖNDƏRİR

Son illər Azərbaycandan Rusiyaya əsasən bu məhsullar ixrac edilmişdir:

- neft məhsulları;

- qaldırıcı kranlar və onlar üçün ehtiyat hissələri;

- neft-mədən avadanlığı, nasos, maye sayğacları, metal

konstruksiyalar;

- texniki spirt, polietilen, epoksid qətranı;

- habelə ənənəvi kənd təsərrüfatı məhsulları (qoz-fındıq, şabalıd,

meyvə, tomat pastası, mahlıc, tütün məmulatı, çay, spirtli

içkilər, şərab materialları).

* “İZVESTİYA”NIN ARAYIŞI

Azərbaycan ilə Rusiya arasında 100-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş bağlanmışdır. Təkcə son iki ildə ölkələrimiz arasında 25-dək ikitərəfli sənəd imzalanmışdır. Onların arasında Qəbələ radiolokasiya stansiyasının statusu, işlədilməsi prinsipləri və şərtləri haqqında saziş (sonrakı səhifəyə bax), Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş, - bu sənəd Xəzər dənizinin statusunu müəyyənləşdirməkdə mühüm addım olmuşdur, - təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında saziş, hərbi təyinatlı məhsulların istehsalında iştirak edən müəssisə və təşkilatlarda ixtisaslaşmanın saxlanılması haqqında saziş də var.

 

MOSKVADAN SƏSLƏR

Natalya REŞETKOVA, qəzet işçisi:

- İndi mən Moskvada yaşayıram, lakin bir gün də olmamışdır ki, doğma Bakını xatırlamayım. Orada mənim ürəyimin bir parçası - ən yaxın dostlarım, xeyirdə də, şərdə də yanımda olan, bir yerdə sevindiyimiz, bir-birimizin kədərinə şərik olduğumuz adamlar qalmışlar. Ona görə də mən öz vətənimi - Azərbaycanı həmişə müdafiə edəcəyəm. Yalnız büsbütün ağılsız adam bizim xalqlarımızı - rus və Azərbaycan xalqlarını bir-birindən ayırmaq istəyər.

Vyaçeslav LYAMİN, MDBMİ-nin müəllimi:

- Mənim bildiyimə görə, Rusiya Qafqazda sistemli və düşünülmüş siyasət yeritməyə indi başlayır. Zənnimcə, ayrı-seçkilik siyasəti, emosialar və rəğbətlər üzərində qurulmuş siyasət Rusiyanın, ölkənin mənafelərinə ziyan vurmuşdur. Əslində biz Azərbaycanın regionda yerini və rolunu indi-indi layiqincə qiymətləndirməyə başlamışıq. Dünyada mövqelərin dəyişdiyi indiki şəraitdə diplomatlarımız ölkələrimiz arasında mövcud olan çox böyük potensialı mümkün qədər fəallaşdırmalıdırlar.

Elmar, sahibkar:

Ölkələrimiz arasında siyasi ab-havanın yaxşılaşması, sözsüz ki, biznesə müsbət təsir göstərir. Mən bunu öz üzərimdə hiss etmişəm. Əlbəttə, işgüzar dairələrdə heç kim oyun qaydalarını dəyişməmişdir. Lakin vacibi odur ki, sənin tərəfdaşların siyasi səhnədə vəziyyətin dəyişməyəcəyini hiss edirlər. Pul işləməlidir - bu, aksiomdur. Lakin əlverişsiz mühitdə pulu seyfdə saxlamaq daha yaxşıdır.

Pyotr ALEKSEYEV, fəhlə:

- Düzünü bilmək istəyirsiniz? Onları ancaq alver barədə düşünürlər. Rusiyada onlar özlərinə yaxşı yer ediblər. Mən isə dəzgah dalında dayanmalıyam. Hərcənd, əlbəttə ki, onların heç də hamısı qaz vurub, qazan doldurmur.

Valentina LARİNA, pensiyaçı:

Zənnimcə, azərbaycanlılar işgüzar xalqdır. Mən onları bazarda yağışda da, soyuqda da kürəklərində cürbəcür kisələr apararkən görmüşəm. İçən deyillər. Hər halda, sərxoş azərbaycanlı rastıma çıxmayıb.

Dinc xalqdır. Hətta sovet dövründə də bu xalqın ünvanına pis söz eşitməmişəm. Mən hesab edirəm ki, ölkələrimiz dost olmalıdır. Bizim aramızda heç bir ziddiyət yoxdur.

Tatyana SMİRNOVA, həkim:

- Mən şadam ki, həmkarlarımın bir çoxunu tanıyıram. Cəsarətlə deyirəm ki, Azərbaycan mənim üçün ən sevimli sovet respublikalarından biri idi. Nə olsun ki, indi SSRİ yoxdur, xalq ki, var. Mən çoxdandır ki, Bakıda olmamışam. Lakin burada, Moskvada “əslən Bakıdan”, Azərbaycandan olan nə qədər gözəl insanlar var! Onlar alimlərdir, həkimlərdir, mədəniyyət xadimləridir, sadəcə olaraq adi insanlardır. İttifaq dağıldıqdan sonra bizim hamımıza “hər cür şəraiti olan ayrıca mənzillər” vəd edirdilər. Ümumən də aldıq. Lakin bəzən bizim köhnə kommunal evimiz qəlbimizi daha yaxşı qızdırır. Bax, bu hissi qorumaq lazımdır. Ötən günlər barədə xatirələri qorumaq lazımdır. Bu olmasa, ürək də xoşbəxt olmaz. Gələcək də olmaz.

Mən həm ruslara, həm də azərbaycanlılara “qınından çıxıb bəyənməyənlərə” oxşamamağı arzulayıram.

Andrey BURBIGİN, hərbi qulluqçu:

- Mən, necə deyərlər, balaca adamam. Rusiya uzun müddət Azərbaycanı “görməməyə” çalışmışdır. Böyük siyasətə müdaxilə etmək istəmirəm, lakin işi bilən adam kimi deyəcəyəm: çox hörmət etdiyimiz pravoslav Gürcüstanı bizə həmişə xəyanət edir. Ermənistan bizim tarixi müttəfiqimizdir, bu, aydındır. Əgər Ermənistan Azərbaycanla münaqişədədirsə, qoy bu məsələni özləri həll etsinlər. Yəqin ki, Rusiyanın ümumən Qafqazda öz mənafeləri var. Şəxsən mən Azərbaycanla dostluq etməməmək üçün heç bir səbəb görmürəm.

 

Musa KUPAYEV, veteran:

- Mən artıq yaşlı adamam. Məsəl var, deyirlər ki, ötənləri yaddan çıxarma. Dünənki gün - yaxşı da olsa, pis də olsa, artıq arxada qalmışdır. Bugünkü günü qurmaq çətin olur. Odur ki, insan üçün ən böyük sınaq bugünkü günlə, onun problemləri, qayğıları ilə yaşamaqdır. Bütün bunları keçmək üçün dözüm və səbr lazımdır. Bilirsiniz, niyə görə? Deyim: bircə günün içində ötən günlərin üstündən xətt çəkmək və gələcəyə kölgə salmaq mümkündür. Bax, buna görə də bu gün belə qiymətlidir. Qiymətlisi odur ki, insanlar arasında etibar vardır. İnsanlar gərək bir-birinə mümkün qədər çox xoş sözlər desinlər, pis sözləri düşmənlər deyəcəklər.

BAKIDAN SƏSLƏR

Pərvin HÜSEYNOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi:

- Doxsanıncı illərin əvvəllərində ölkələrimiz arasında münasibətlər heç də yaxşı deyildi. Prezidentimiz Heydər Əliyev ölkələrimiz arasında qarşılıqlı etimadın və mehriban qonşuluq əlaqələrinin bərqərar olunması üçün çox iş görmüşdür. Yalnız Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyada vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Şəxsən mən çox şadam ki, dövlətlərimizin başçılarının hər görüşü bir-birinə necə hörmət etmək, meydana çıxan problemləri necə həll etmək baxımından gözəl nümunədir.

Anna XOMİÇ, evdar qadın:

- İndi narahat dövrdür. Rusiyada da, Azərbaycanda da çoxlu çətinliklər var. Mən Bakıda anadan olmuş, boya-başa çatmışam, Azərbaycan mənim vətənimdir. Bir rus kimi, çox istərdim ki, ölkələrimiz arasında sülh və əmin-amanlıq olsun. Allaha şükür ki, hələlik hər şey yaxşıdır. Azərbaycanda ruslar hec bir ayrı-seçkilik hiss etmirlər, bu ölkənin tam hüquqlu vətəndaşları kimi yaşayırlar. Mənə elə gəlir ki, elə bu, bizim dostluq münasibətlərimizin əsasıdır.

Nilufər KƏRİMOVA, Bakı Xoreoqrafiya Məktəbinin direktoru:

- Xalqlarımızı bir-birinə bağlayan tellər çoxdur. Bunun naminə hər birimiz Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə öz töhfəmizi verməliyik. Azərbaycan balet məktəbinin təşəkkül tapmasında Rusiya mütəxəssislərinin böyük rolunu məgər xatırlamamaq olarmı? Bizim neçə-neçə məşhur mədəniyyət və elm xadimlərimiz məhz Moskvada ustad səviyyəsinə yüksəlmişlər. Bizə dostluq və qarşılıqlı yardım indi həmişəkindən daha çox lazımdır.

Boqdan ROMANYUK, neftçi:

- Son illər ölkələrimiz arasında münasibətlər kifayət qədər perspektivli şəkildə qurulur. Özü də hər iki dövlət bunun üçün az səy göstərmir. 90-cı illərin əvvəlləri ilə müqayisədə mədəni əlaqələrin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasını xüsusi qeyd etmək istəyirəm. Ümid edirəm ki, Azərbaycan və Rusiya əməkdaşlığı digər sahələrdə də uğurla inkişaf edəcəkdir.

Elxan HƏSƏNOV, iqtisadçı:

- Nə deyirlər desinlər, Rusiya həmişə Azərbaycan üçün bir nömrəli iqtisadi tərəfdaş olacaqdır. Əvvəla, xeyli həmyerlimiz Rusiyanın müxtəlif şəhərlərində yaşayır və işləyir. İkincisi, müəssisələrimiz arasında əlaqələr bərpa olunur, rusiyalıların Azərbaycan iqtisadiyyatına ayırdıqları investisiyaların həcmi, sürətlə olmasa da, hər halda artır. Yəni həyatın özü tələb edir ki, əməkdaşlığı inkişaf etdirmək hər iki dövlət üçün sərfəlidir.

Vasif QULİYEV, bazarda alverçi:

Mən xırda alverlə məşğulam. Hiss edirəm ki, alıcılar Rusiya mallarını, xüsusilə də qab-qacağı, elektrik cihazlarını, boyaları və s. həvəslə alırlar, deyirlər ki, bizim mallar daha keyfiyyətlidir. Fikir verirsiniz, Rusiya mallarını “bizimki” adlandırırlar. Bu, sadəcə, dilin çaşması deyildir. Bu, hər şeydən əvvəl, bir-birimizdən ayrılmamaq arzusudur. Rus və Azərbaycan xalqları həmişə mehriban, yaxın qonşular kimi yaşamışlar və yaşayacaqlar. Əsas məsələ budur ki, dövlətlərimizin başçıları, siyasətçilər arasında münasibətlər yaxşı olsun. Allaha şükür, hamımız görürük Heydər Əliyev ilə Vladimir Putin arasında necə səmimi münasibətlər yaranmışdır. Deməli, hər şey yaxşı olacaqdır.

İradə ELXANQIZI, jurnalist:

-Mənə elə gəlir ki, ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi üçün kütləvi informasiya vasitələri xüsusi məsuliyyət daşıyırlar. Hansısa qəzetin müəyyən dairələrin sifarişini yerinə yetirərək, faktları təhrif etməsinin bu və ya digər vəziyyəti qərəzli yozmasının dəfələrlə şahidi olmuşuq. Yaxud, düşünülmədən efirdə səslənən hansısa bir söz, ibarə qarşılıqlı münasibətlərimizə ziyan vurmuşdur. Mətbuat ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı münasibətlərlə bağlı hər şeydə son dərəcə həssas və obyektiv olmalıdır.

Ülviyyə HACIYEVA, məktəbli:

-Yayda mən rəfiqəmlə birlikdə Suzdalda oldum. Orada YUNESKO-nun himayəsi ilə istedadlı uşaqlar üçün beynəlxalq yaradıcılıq məktəbi fəaliyyət göstərirdi. MDB-nin, demək olar ki, bütün ölkələrindən uşaqlar gəlmişdi. Moskva ali məktəblərinin ən yaxşı pedaqoqları, məşhur müəllimlər bizə dərs deyirdilər. On gün bir ailə kimi yaşadıq. Yaşıdlarımızın uğurlarına dostcasına, ürəkdən sevinirdik. Hamımız göz yaşları ilə ayrıldıq. Mən istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə beləcə-keçmiş müttəfiq respublikalardan Suzdal düşərgəsinə gəlmiş uşaqlar arasında yaranmış münasibətlər kimi olsun.

 

AÇIQ SƏMA

Rusiya Azərbaycanda hərbi obyekt saxlamağı qanuniləşdirdi

Dövlət Dumasının Qəbələ radiolokasiya stansiyasının statusu, işlədilməsi prinsipləri və şərtləri haqqında Rusiya ilə Azərbaycan arasında sazişi ratifikasiya etməsi Moskva və Bakı üçün hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın yeni perspektivlərini açmışdır. Bu qərar sayəsində Rusiya raket hücumu barədə erkən xəbərdarlıq sistemini tamamilə qapamışdır, Azərbaycan isə 1997-ci ildən 2001-ci ilədək olan dövrdə RLS-dən istifadəyə görə Rusiyadan 31 milyon dollar məbləğində borcunu alacaqdır.

Dmitri LİTOVKİN

Müdafiə nazirinin stats-katibi İqor Puzanov bəyan etmişdir ki,

Qəbələ RLS haqqında sazişin ratifikasiya edilməsi raket hücumu barədə xəbərdarlıq sisteminin (RHXS) qapalı radiolokasiya məkanını saxlamağa imkan verir. Bu cür sazişləri Rusiya Qəbələ stansiyası kimi RHXS-lərin yerləşdiyi Qazaxıstan, Tacikistan, Belorus və Ukrayna ilə də bağlamışdır. Sonuncu və ən çətin saziş məhz Qəbələ RLS haqqında kompromis tapmaqla bağlı idi. Rusiya ekspertlərinin sözlərinə görə, çətinlik ondan ibarət idi ki, Azərbaycan hökuməti Rusiya tərəfinin bu obyektə hərbi baza statusu vermək istəyinə uzun müddət etiraz edirdi.

1997-2001-ci illərdə RLS-nin icarəsinə görə Rusiyanın xeyli məbləğdə - 31 milyon dollar məbləğində borcu ödəməyə təminat verməsi sazişin qarşılıqlı məqbul variantının axtarılıb tapılmasına, hər halda müsbət təsir göstərmişdir. Moskva öz borcunu 5 il ərzində 6,2 milyon dollar məbləğində bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, 2002-ci ildən başlayaraq, Rusiya RLS-dən istifadəyə görə hər il Azərbaycana 7 milyon dollar ödəyəcəkdir. Bakı isə, öz növbəsində, RLS-nin hələ 2012-ci ilədək işləməsinə razılıq vermişdir.

İqor Puzanov Qəbələ RLS-nin fəaliyyətini davam etdirməsinin vacibliyindən danışaraq bildirmişdir ki, stansiyanın işləməsi Rusiya ərazisində bu cür obyektlərin hazırlanmasını başa çatdırmağa və problemsiz istifadəyə verilməsini təmin etməyə imkan yaradacaqdır. Kosmik qoşunların komandanı Anatoli Perminovun sözlərinə görə, bunlar mobil obyektlər olacaq, onların yaradılması və istismarının dəyəri vaxtilə SSRİ-nin raketdən müdafiə sisteminə daxil olmuş, indi isə Rusiyanın hüdudlarından kənarda qalmış “Dnepr” və “Dəryal” RLS-lərlə müqayisədə xeyli ucuz başa gələcəkdir. Qəbələ RLS-i haqqında məsələnin həllinin mühümlüyü həm də ondadır ki, Amerika aviasiyası İraqı bombalamağa başlasa, bu ölkədə nələr olacağı və ya İran, Pakistan və Hindistanın raket proqramları ilə bağlı nə baş verdiyi barədə Moskva Qəbələ stansiyasının köməyi ilə tam məlumat ala biləcəkdir.

* “İZVESTİYA”NIN ARAYIŞI

Raket hücumundan xəbərdarlıq üçün Rusiyanın malik olduğu səkkiz stansiya arasında “Dəryal” sistemli Qəbələ RLS ən sonuncu obyektlərdən biridir. Onun tikintisi 1985-ci ildə başa çatdırılmışdır. Stansiyanın konstruksiyasında yeni nəsil fazalaşdırılmış antenna qəfəsi tətbiq edilmişdir. Bunun sayəsində antennanın nəzarət zonası orta mənzilli operativ-taktiki raketlərin buraxıla biləcək rayonlara “göz qoymağa”, raketlərin hərəkətinin parametrlərini və istiqamətini müəyyənləşdirməyə, habelə Rusiyanın cənub sərhədlərindən təxminən 6 min kilometr məsafədə, RLS-in əhatə dairəsində olan kosmik aparatları izləməyə imkan verir. Stansiyadakı antennanın nəzarət sektoru azimut üzrə 100-110 dərəcədir. “Dəryal” RLS-i uzun dalğalı metrlik diapazonunda işləyir. Stansiyaya 2 minədək adam xidmət edir.

 

Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığı yüksəlişdədir. Lakin bu sahədə olmuş durğunluğun nəticələri özünü büruzə verir. Hər iki tərəf indi mövcud olan imkanlardan necə istifadə etməməyimizdən narazıdır. Hələ1996-cı ildə yaradılmış İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, əslində, yalnız son iki ildə fəal işləməyə başlamışdır. İndi komissiyaya Rusiya tərəfindən Rusiya hökuməti sədrinin müavini Viktor XRİSTENKO, Azərbaycan tərəfindən isə baş nazirin birinci müavini Abbas ABBASOV başçılıq edir.

Onlar əməkdaşlığımızın perspektivləri barədə nə düşünürlər?

VİKTOR XRİSTENKO RUSİYA HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİ, İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ RUSİYA-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN HƏMSƏDRİ  NƏHAYƏT, BİZ İŞLƏMƏYƏ BAŞLADIQ

-Viktor Borisoviç, 2002-ci il Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bir mərhələ oldu. Siz ölkələrimiz arasında iqtisadi əməkdaşlığın indiki səviyyəsini necə qiymətləndirirsiniz?

-Son on ildə həm Rusiya, həm də Azərbaycan qarşılıqlı surətdə faydalı bazar münasibətlərinin inkişafına səy göstərdiklərini dəfələrlə bildirmişlər. Rusiya-Azərbaycan münasibətlərində əsl dönüş isə yalnız yeni əsrin əvvəlində baş verdi.

Bir neçə il bundan əvvəl ölkələrimiz arasında mal dövriyyəsi eyni səviyyədə qaldığı və bəzən hətta azaldığı halda, 2001-ci ildən etibarən ticarət-iqtisadi əməkdaşlığın ən mühüm göstəricilərindən biri olan mal dövriyyəsi sabit şəkildə artır. 2002-ci ilin 9 ayı ərzində mal dövriyyəsi 2001-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz artmışdır.

-Necə bilirsiniz, Rusiyanın Azərbaycanla iqtisadi inteqrasiyası mümkündürmü? Bu, dövlətlərimizin hər birinə hansı sahələrdə və nə kimi xeyir verə bilər?

-Rusiya və Azərbaycan ən sıx iqtisadi əməkdaşlıq dövrünə qədəm qoymuşlar. Bu, bütün sahələrə aiddir. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin 2001-ci ilin yanvarında Azərbaycana səfəri zamanı dediyi kimi, Rusiya və Azərbaycan, əslində, bütün sahələrdə əməkdaşlıq edə bilərlər. Bu, ilk növbədə, yanacaq-energetika kompleksidir. Söhbət həm neftin hasilatından, həm də onun emalından və nəql edilməsindən gedir. Bundan ötrü uzunmüddətli perspektiv üçün bütün lazımi maddi-texniki baza mövcuddur. Rusiya müəssisələri və şirkətləri Azərbaycanın metallurgiya, energetika və aqrosənaye kompleksləri obyektlərinin modernləşdirilməsində və yenidən qurulmasında iştirak etməyə hazırdırlar.

 

Elektrik enerjisi sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycanın və Rusiyanın enerji sistemlərinin paralel işi həyata keçirilir. Rusiya müəssisələri Mingəçevir SES-i, Sumqayıtdakı 1və 2 nömrəli istilik-elektrik stansiyaları, Bakı istilik-elektrik stansiyası üçün avadanlıq hazırlamağı, modernləşdirməyi təklif edir. “YES Rossii” RSC-nun və “Azərenerji”nin nümayəndələri daim əlaqə saxlayırlar.

Rusiya gəmiqayırma, Azərbaycanın alüminium sənayesi müəssisələrinin bərpa edilməsi və modernləşdirilməsi sahəsində əməkdaşlıq proqramlarının həyata keçirilməsinə getdikcə daha çox maraq göstərir.

Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı olmuşdur. Azərbaycandan Rusiyaya faraş meyvə-tərəvəz, Rusiyadan isə Azərbaycana ərzaq məhsullarının əvvəllərdəki kimi, indi də qarşılıqlı faydalı əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olmalıdır. İndi bu məsələnin həlli üçün ən fəal tədbirlər görülür, o cümlədən Azərbaycanın faraş tərəvəzinin Rusiyaya gətirilməsi cədvəlini təkmilləşdirmək üzrə iş aparılır.

Hazırda Hökumətlərarası komissiyanın iclası çərçivəsində hansı problemlər müzakirə olunur? Komissiya hər iki ölkədə biznes layihələrinin irəliləməsi ilə məşğul olurmu, əgər olursa, onlar hansılardır?

-Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın təşkilində İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mühüm yer tutur. Bunu hamı etiraf edir. Komissiyanın 2002-ci ilin aprel ayında Bakıda keçirilmiş altıncı iclasında ölkələrimizin prezidentlərinin 2002-ci ilin yanvar ayında imzaladıqları Rusiya ilə Azərbaycan arasında 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə tədbirlər təsdiq olundu. Bu proqram artıq həyata keçirilməyə başlanmışdır. Biz konkret layihələrlə işləməyə başlamışıq. Görürük ki, sözdən işə keçilmişdir. Əldə edilmiş razılaşmalara uyğun olaraq yarım il ərzində sənaye məhsullarının, xalq istehlakı mallarının qarşılıqlı surətdə göndərilməsi, bu və ya digər məhsulun birgə istehsalı barədə onlarca yeni saziş və müqavilə imzalanmışdır.

-Misallar varmı?

-Əlbəttə. Özü də xeyli. Regional səviyyədə layihələr xüsusilə uğurla həyata keçirilir. 2002-ci ilin sentyabrında Moskva və Başqırdıstan nümayəndə heyətlərinin Bakıya səfərləri zamanı Rusiyanın bu regionları ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair razılıq əldə olunmuşdur. Xanlar aqrar-sənaye kombinatının modernləşdirilməsində “Mosazervinzavod”un iştirakı nəzərdə tutulmuşdur. Bu, əla keyfiyyətli məhsul buraxmaq üçün Moskva zavoduna müntəzəm surətdə şərab materialları göndərilməsini təmin etməyə imkan verəcəkdir.

Moskvadakı “Maşinostroyeniye” zavodu da Azərbaycan bazarından uğurla bəhrələnməyə başlayır. Bu zavod Azərbaycana qeyri-ənənəvi enerji mənbələri - günəş enerjisi qurğuları, işıqlandırma və isti su təchizatı üçün kollektorlar göndərməyə hazırdır. Moskvanın Tuşino maşınqayırma zavodu yararsız şinlərin emalı üzrə sənaye kompleksi üzrə materiallar işləyib hazırlamağa başlamışdır. Başqırdıstanın “Salavatsteklo” zavodu 2003-cü ildə də Azərcbaycana şüşə göndərməkdə davam edəcəkdir. Başqırdıstanın bir sıra müəssisələri Azərbaycana seysmik kəşfiyyat avadanlığı və neft quyularının geofiziki tədqiqi üçün qaldırıcılar göndərmək barədə sazişlər imzalamışlar. Mıtişşi “Vaqonmaşzavod” kombinatı Bakı metropoliteninin yenidən qurulmasına dair iri layihəni həyata keçirməyə başlamışdır. Bu il Bakının yeraltı nəqliyyatı 25 yeni vaqon almışdır. Gələn il bir o qədər də vaqon göndəriləcəkdir.

 

Yaxin vaxtlarda Moskva və Tomsk vilayətləri ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa dair saziş imzalanacağı gözlənilir. Rusiyanın regionları ilə Azərbaycan Respublikası arasında konkret iqtisadi əməkdaşlığa dair bir çox digər misallar da çəkmək olar.

- Tərəflərin qarşılıqlı anlaşmaya hələ nail ola bilmədikləri məsələlər varmı?

- Bu ilin noyabr ayında Hökumətlərarası komissiyanın milli bölümləri həmsədrlərinin görüşü oldu, bəzi işlərə yekun vuruldu. Yeri gəlmişkən, belə görüşlər müntəzəm xarakter almışdır. Biz komissiyanın altıncı iclasının qərarlarının və uzunmüddətli iqtisadi əməkdaşlığın həyata keçirilməsinin gedişi ilə yanaşı, turizm, kosmos sahəsində, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması sahəsində əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdik. Humanitar sahədə uzunmüddətli əməkdaşlıq proqramının layihəsi hazırlanmışdır.

Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən Bakı-Novorossiysk marşrutu ilə nəqlinin 2003-cü il üçün həcmini müzakirə etmək, sərbəst ticarət rejimini mərhələ-mərhələ sadələşdirmək, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bir sıra əmlak məsələlərini müzakirə etmək də nəzərdə tutulmuşdur.

İş gedir. Zənnimcə, Azərbaycandan olan tərəfdaşlarımız da işin belə gedişindən razıdırlar.

ABBAS ABBASOV AZƏRBAYCAN BAŞ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ, İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ RUSİYA-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN HƏMSƏDRİ BİZİM YAXŞI PERSPEKTİVLƏRİMİZ VAR

- Komissiyanin işini necə qiymətləndirirsiniz? O, qarşısına qoyulmuş vəzifələrin öhdəsindən gəlirmi?

- Azərbaycan Respublikası Rusiya Federasiyası ilə qarşılıqlı surətdə faydalı, bərabər hüquqlu və hərtərəfli əlaqələrin inkişafına həmişə böyük diqqət vermişdir. Axı, bizi tarixən bərqərar olmuş ümumi sərhədlərimizlə yanaşı, iqtisadi, elmi-texniki və mədəni potensialımızın ümumiliyi də birləşdirir.

Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri kəskin surətdə fəallaşmışdır və bunun da əsasında siyasi rəhbərlərimiz arasında yaranmış qarşılıqlı hörmət və qarşılıqlı anlaşma dayanır.

- Ticarət-iqtisadi əməkdaşlıq sahəsində hər iki tərəf üçün ən çox maraq doğuran problemlər hansılardır? Azərbaycan və Rusiya əməkdaşlığı hansı sahələrdə daha uğurla gedir?

- Bildiyiniz kimi, ticarət-iqtisadi əməkdaşlıq sahəsi bu və ya digər dövlətin iqtisadiyyatının potensialı və imkanlarının cəmi deməkdir. Azərbaycanın şərqdən qərbə və şimaldan cənuba gedən ticarət yollarının kəsişdiyi nöqtədə yerləşməsi, coğrafi cəhətdən əlverişli mövqeyi onu xarici tərəfdaşlar üçün iqtisadi cəhətdən cəzbedici tərəfdaşa çevirir.

Güclü potensiala və geniş bazara malik olan Rusiya isə Azərbaycanın ən yaxın qonşusudur. Buna görə də, sizin suallarınıza cavab verərkən, zənnimcə, əməkdaşlığımızı genişləndirməyə və dərinləşdirməyə imkan yaradacaq və son nəticədə ticarət-iqtisadi münasibətlərdə öz əksini tapacaq bəzi məqamları qeyd etməliyəm.

Azərbaycanla Rusiya arasında uğurlu əməkdaşlıq səmərəli nəqliyyat dəhlizinin olmasından çox asılıdır. 2001-ci il martın 28-də beynəlxalq avtomobil əlaqəsi haqqında saziş qüvvəyə mindi. Azərbaycanla Rusiya arasında 36 müntəzəm beynəlxalq avtobus marşrutu işləyir. Ölkələrimiz arasında müntəzəm beynəlxalq avtobus marşrutlarının genişləndirilməsi proqramının hazırlanmasına başlamaq məqsədəuyğundur.

Rusiya hökuməti bizim yük gəmilərinə Rusiya Federasiyasının daxili sularından keçməsi üçün müntəzəm olaraq rəsmi müddət müəyyən edir. Bununla yanaşı, RF qanunlarını nəzərə almaqla, gəmilərimizin bu ölkənin ərazisindən keçməsi haqqında müvafiq saziş hazırlamaq lazımdır.

Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarıdır. Azərbaycan bu dəhlizə qoşulmağa razılığını bildirmişdir. Bizim fikrimizcə, Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına Azərbaycandan keçən təkcə avtomobil nəqliyyatı və dəmir yolu marşrutları kimi baxılmamalıdır, bu, dəniz gəmiçiliyinə də aid olmalıdır. Rusiya tərəfinin Sankt-Peterburq limanlarından Azərbaycana və buradan da başqa yerlərə göndərilən yüklər üçün istifadə etməyi, habelə Volqa çayı ilə neft məhsulları və digər yüklər göndərilməsini təklif etməsi də məsələnin bu cür həllinin faydalı olduğunu sübut edir. Azərbaycan isə Avropa-Qafqaz-Asiya “TRASEKA” nəqliyyat dəhlizinin inkişafına dair sazişin təşəbbüskarlarından biridir və buna çox böyük əhəmiyyət verir. Hesab edirəm ki, Azərbaycan və Rusiyanın hər iki sazişin tam hüquqlu iştirakçısı olması məqsədəuyğundur.

- Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafında şirkətlərimizin əməkdaşlığından razısınızmı?

- Biz yerimizdə saymırıq. Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqli davam edir. Cari ilin 10 ayı ərzində bu boru kəməri ilə 2,1 milyon ton neft nəql olunmuşdur.

Rusiyanın “LUKoyl” şirkəti Azərbaycan Respublikasının quru ərazilərində və dənizdə yerləşən neft və qaz yataqlarında, perspektivli strukturlarda kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair dörd sazişdə iştirak edir.

Azərbaycana boru kəməri ilə qaz verilir. 2002-ci ilin yanvarında Rusiyanın “Rossnefteqazstroy” şirkəti Şirvanovka (Rusiya-Azərbaycan sərhədi) və Qazaxda (Azərbaycan-Gürcüstan sərhədi) qazölçmə stansiyalarının tikintisinə başlamışdır. Bu ilin sonunadək işlər qurtarmalıdır.

Ölkələrimizin energetika sistemlərinin paralel rejimdə işləməsi təcrübəsini də uğurlu adlandırmaq olar.

Rusiyanın yanacaq-energetika kompleksinin Azərbaycan bazarında iştirakının genişlənməsi, neft - qaz maşınqayırması sahəsində birgə əməkdaşlıq da perspektivli olardı.

 

- Azərbaycan Rusiyanın regionlar ilə iqtisadi əlaqələrini bərpa və inkişaf etdirə bilirmi?

- Bilmək istəyirsinizsə, bu, əsas məsələdir. Lap bu günlərdə Moskva vilayəti ilə əməkdaşlığa dair saziş imzalanmışdır. Azərbaycan Respublikası ilə Başqırdıstan, Leninqrad vilayəti, Orenburq, Kemerovo və Novosibirsk vilayətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sənədlər hazırlanmışdır. Azərbaycan Respublikası ilə Tomsk, Voronej və Həştərxan vilayətləri hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlığa dair, habelə Azərbaycan Respublikası hökuməti ilə Moskva hökuməti arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş layihələrinin razılaşdırılması son mərhələdədir.

Azərbaycan Respublikası ilə Dağıstan Respublikası arasında ticarət-iqtisadi münasibətlər regional əməkdaşlıqda xüsusi yer tutur. Məsələn, rabitə sahəsində əməkdaşlıq haqqında saziş hazırlanmışdır. Dağıstan Respublikası ilə idman, turizm və gənclər siyasəti sahəsində əməkdaşlığa dair saziş yüksək səviyyədə razılaşdırma mərhələsindədir. Ötən müddət ərzində Azərbaycan Respublikasının və Dağıstan Respublikasının nazirlikləri və baş idarələri təsərrüfat subyektləri arasında birbaşa əlaqələri genişləndirmək üçün lazımi şəraitin yaradılması üzrə müəyyən iş görmüşlər.

Hesab edirəm ki, əmlak məsələlərinin tənzimlənməsinə ciddi və düşünülmüş şəkildə yanaşılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına xeyli kömək edə bilər.

İndi Rusiya-Azərbaycan münasibətlərinin gözəl perspektivi vardır. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, imzalanmış sənədlərin tam həcmdə həyata keçirilməsi bütün sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsini xeyli qaldıracaqdır.

Ötən ilin sonunadək Rusiyanın regionları ilə Azərbaycandan olan tərəfdaşlar arasında iqtisadiyyat, ticarət, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair 30-a yaxın saziş imzalanmışdır. Rusiya Federasiyasının 70-dən artıq subyektinin müəssisələri Azərbaycanın xarici iqtisadi tərəfdaşına çevrilmişdir.

-Mal dövriyyəsinin həcmi genişlənir. Müxtəlif rəqəmlər sadalanır. Bununla belə, ekspertlərin çoxu hesab edir ki, bu həcm - bir neçə on milyon dollar həddindən artıq azdır. Ölkələrimizin potensialından daha fəal surətdə istifadə etmək üçün hansı addımlar atmaq lazımdır?

-İnkişaf etmək. Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi 240 milyon dollardan çoxdur. Rusiya Azərbaycanın ticarət dövriyyəsində birinci yeri tutsa da, bu, bizim qarşılıqlı mənafelərimizə əsla cavab vermir, ikitərəfli münasibətlərin real iqtisadi potensialını əks etdirmir.

2002-ci ilin iyununda Sankt-Peterburqda dahi şair, filosof, mütəfəkkir Nizaminin abidəsinin açılışı Rusiyanın ikinci paytaxtının həyatında heç də təkcə mədəni hadisə olmadı. Mərasimdə Rusiya və Azərbaycan prezidentlərinin iştirakı, onların söylədikləri nitqlər İttifaq dağıldıqdan sonra münasibətlərimizdə on il sürmüş anlaşılmazlığa və nizamsızlığa son qoydu. Nizami yenidən təkcə xalqlarımız arasında dostluğun, sadəcə, rəmzinə çevrilmədi, həm də, əslində, etimada və hüquq bərabərliyinə əsaslanan yeni münasibətlərin qurulmasının yaradıcısı və iştirakçısı oldu.

“İzvestiya-Azərbaycan” səhifələrinin materialları “İntellekt” tədqiqatlar mərkəzinin iştirakı ilə hazırlanmışdır.

“İzvestiya” qəzeti, 28 noyabr 2002-ci il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb