KAİNATDA ƏN QƏDİM PLANET AŞKAR EDİLMİŞDİR
Amerika alimləri Kainatda bütün məlum planetlərdən ən qədimini aşkar etmişlər. AZƏRTAC-ın ABŞ-dakı müxbirinin verdiyi xəbərə görə,NASA-da keçirilmiş mətbuat konfransında Pensilvaniya Universitetinin əməkdaşı Steyn Siqurdsson bildirmişdir ki, planetin yaşı 12,7 milyard ildir. O, ikili ulduz sistemində Əqrəb bürcündə yerləşir, pulsar, ağ cırtdan ətrafında dövrə vurur. Qazdan ibarət olan bu nəhəngin kütləsi Yupiterin kütləsindən ən azı iki dəfə artıqdır. O, Yerdən 5,6 min işıq ili məsafəsindədir. Tədqiqatçılar qrupuna rəhbərlik edən Siqurdssonun sözlərinə görə, bu kosmik cisim “Kainatda yaranmış planetlərin ilk nəslinə” məxsusdur. O demişdir ki, bu hadisə “bizim qalaktika - Ağ yol hələ çox gənc və yenicə formalaşma prosesində olanda” baş vermişdir. Alimlər güman edirlər ki, Günəş sistemi təxminən 5 milyard il bundan əvvəl yaranmış, sistemə daxil olan planetlər isə artıq “üçüncü nəslə” aiddir. Bu kəşf artıq 12 ildir yerətrafı orbitdə olan “Habbl” kosmik teleskopu vasitəsilə alınmış şəkillər sayəsində edilmişdir. Kainatın ən qədim planetini hətta bilavasitə “Habbl”ın köməyi ilə də müşahidə etmək mümkün deyildir. Onun mövcudluğu barədə nəticə pulsarın və ağ cırtdanın hərəkət trayektoriyasının təhlili əsasında əldə edilmişdir. Planet pulsar və ağ cırtdanla qarşılıqlı cazibə təsiri zonasında yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]