Kamboca Uxandakı vətəndaşlarını və tələbələrini təxliyə etməyəcək
Pekin, 5 fevral, AZƏRTAC
Kamboca Krallığının Baş Naziri Hun Sen Çin Xalq Respublikasına (ÇXR) səfərə gəlib. O, koronavirusun yayılmasından sonra Çinə səfər edən ilk xarici dövlət rəhbəridir.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Hun Sen özünün "Facebook" səhifəsində səfər zamanı ÇXR Sədri Si Cinpin və Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan ilə görüşəcəyini deyib.
Hun Sen bundan başqa, koronavirusun yeni növünün aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərinə səfər edərək oradakı kambocalı tələbələrlə görüşməyi planlaşdırdığını yazıb. O, ölkəsinin Çinə dəstək olaraq hava əlaqəsini kəsməyəcəyini, Uxandakı vətəndaşlarını və tələbələrini təxliyə etməycəyini bildirib.
Çin rəsmi qurumları Kamboca Baş Nazirinin karantində olan Uxan şəhərinə səfəri barədə açıqlama verməyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]