KAMEL MORCAN: “MƏCBURİ KÖÇKÜNLƏRİ İMTİYAZLARDAN MƏHRUM ETMƏK OLMAZ”
“Əsas məqsədimiz azərbaycanlı məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıtmasına nail olmaqdır. Onların ağır həyat şəraiti müqabilində statusları barədə limit tətbiq etməklə bu adamları imtiyazlardan məhrum etmək yolverilməzdir”. Bu sözləri iyulun 9-da Bakıdan yola düşərkən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcan AZƏRTAC-ın müxbirinin qaçqınların statusunda məhdudiyyətlərlə bağlı sualını cavablandırarkən demişdir. K.Morcan həmçinin bildirmişdir ki, məcburi köçkünlər üçün 8 illik limit tətbiq etmək düzgün deyil. Əsas məqsəd limit tətbiq etməklə onları imtiyazlardan məhrum etmək yox, qaçqınlığa və məcburi köçkünlüyə şərait yaradan səbəbləri aradan qaldırmaqdır. BMT QAK heç vaxt azərbaycanlı məcburi köçkünlərə limit tətbiq edilməsinə razı olmaz. Ümid ediriəm ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi həll olunacaq və biz məcburi köçkünlərin öz torpaqlarına qayıtmasında Azərbaycan hökumətinə lazımi kömək göstərəcəyik. Bu gün Azərbaycan hökumətinin başqa ölkələrdən gəlmiş məcburi köçkünlərə öz ölkəsində sığınacaq tapmasına imkan yaratması Ali Komissarlıq tərəfindən yüksək qiymətləndirilir. Komissarlıq bu siyasəti alqışlamaya bilməz və təşkilatla Azərbaycan arasında əməkdaşlıq bu gündən sonra da inkişaf edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]