Kamran Məmmədov: Beynəlxalq yarışlarda zəif rəqib olmur
Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
Bu cür beynəlxalq yarışlarda zəif rəqib olmur. Əgər rəqibinə ciddi yanaşmasan, o gözləmədiyin anda sənə fənd tətbiq edərək qalib gələ bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən yunan-Roma güləşçisi Kamran Məmmədov deyib.
O bildirib ki, bu oyunlarda iştirak etməkdə məqsədi yalnız qızıl medal əldə etmək olub: “Məşqçilərim və azarkeşlər də məndən bunu gözləyirdilər. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirində və dünya çempionatında iştirak edərək, yüksək nəticə göstərmək əzmindəyəm”.
Qeyd edək ki, K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [23:03]
"Sabah" "Hapoel"lə oyunda 4-cü topu qapıdan keçirib - YENİLƏNİB 8
- 25.08.2026 [19:55]
“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub
- 25.08.2026 [18:09]
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar
- 25.08.2026 [17:44]
Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib
- 25.08.2026 [16:35]
Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar
- 25.08.2026 [15:04]