Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karantin rejiminin yumşaldılmasından sui-istifadə virusun ikinci dalğasının yaranmasına yol aça bilər

Karantin rejiminin yumşaldılmasından sui-istifadə virusun ikinci dalğasının yaranmasına yol aça bilər

Bakı, 30 aprel, AZƏRTAC

COVID-19 xəstəliyinə yoluxma hallarının qarşısının alınması üçün Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar, həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir və bu, şübhəsiz, bizi sevindirməyə bilməz. Virusun yayılmağa başladığı ilk mərhələdə hökumətimizin həyata keçirdiyi önləyici tədbirlər, əhalinin maarifləndirilməsi üçün görülən işlər, vətəndaşların sosial problemlərinin həlli, iş yerlərinin qorunması və məşğulluğun təmin edilməsi, iqtisadiyyatın postpandemiya dövrünə hazırlanması, tənəzzülün qarşısının alınması üçün gerçəkləşdirilən layihələr, xüsusi karantin rejimində insanların həyati təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan innovativ mexanizmlər Azərbaycanı pandemiyaya qarşı mübarizədə əldə edilən müsbət nəticələrə görə ön sıralara çıxarıb. Təbii ki, bunlar qürurvericidir, amma arxayınlaşmaq üçün heç bir əsas yaratmır. Məsuliyyətsiz davranışlarımız, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun yayılmasının ikinci dalğasına yol aça bilər. İkinci dalğa isə bizi həm vətəndaş, həm də dövlət olaraq daha acı və bəlkə də qarşısının alınması indikindən dəfələrlə ağır olan reallıqlarla üz-üzə qoya bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, ikinci dalğanın baş verəcəyi təqdirdə virusun yayılmasının ərazi, yaxud istiqamət baxımından konkret nöqtələr üzrə qarşısının alınması mümkün olmayacaq. Yəni, virusun yayılmağa başladığı ilk mərhələdə COVID-19-un ölkəyə kənardan “daxil olmasının” və yayılmasının qarşısının alınması sərhədləri bağlamaqla, hadisələrin gedişinə, prosesin dinamikasına uyğun olaraq virusun yayıla biləcəyi əraziləri və fəaliyyət istiqamətlərini müəyyənləşdirib məhdudiyyətlər tətbiq etməklə mümkün olurdusa, ikinci dalğanın baş verəcəyi təqdirdə yuxarıda sadaladığım önləyici tədbirlərin yenidən effektiv nəticələrə gətirib çıxaracağına heç kim zəmanət verə bilməz. Çünki sərhədlər bağlı olduğu üçün virusun yayılmasının ikinci dalğası daxildə və həm də ən müxtəlif ərazilərdə vüsət alacaq. Bu isə konkret nöqtələr üzrə “zərbələr”in vurulmasına imkan verməyəcək, proses kütləvi xarakter alacaq və bu da kütləvi şəkildə testlərin aparılması deməkdir. Kütləvi testlərin aparılması isə öz növbəsində, böyük maliyyə və insan resursları tələb edir ki, hazırda dünyanın ən nəhəng iqtisadiyyatlarının belə bu prosesə hazır olmadığını görürük.

Ekspert əlavə edib ki, digər tərəfdən, dünyanın müxtəlif ölkələrində aparılan təcrübələr sübuta yetirir ki, virusa təkrar yoluxma halları mümkündür və bu halda xəstəlik simptompsuz keçdiyi üçün onun yayılma təhlükəsi daha da artır. Yəni, virusa təkrar yoluxan insanlar bunu demək olar ki, hiss etmirlər və özləri də bilmədən, istəmədən virusun “könüllü” yayıcısına çevrilirlər. Burada nəzərə alınması vacib olan mühüm amillərdən biri də qlobal iqtisadi böhranın yaşandığı, gəlirlərin azaldığı bir dönəmdə dövlətin maliyyə resurslarına qənaət edilməsi ilə bağlıdır. Təsəvvür edək ki, ikinci dalğa baş verir və hökumət insanların həyati təhlükəsizliyini təmin etmək üçün xüsusi karantin rejimini sərtləşdirmək məcburiyyətində qalır. Həyati əhəmiyyət kəsb edən sahələr istisna olmaqla bütün iş yerləri bağlanır. Daha çox insan evdə qalmalı olur və nəticədə dövlət daha çox insanın sosial müdafiəsinin təmin edilməsi, daha çox iş yerinin qorunması, daha çox xəstənin müalicəsi üçün vəsait ayırmalı olur. Azərbaycanın iqtisadi imkanları nə qədər geniş olsa da tükənməz deyil. Biz uzun illər ərzində çox böyük əmək sərf edərək bugünkü duruma gətirdiyimiz iqtisadiyyatımızı bir virusa qurban verə bilmərik və verməməliyik də. Biz məsuliyyətsiz davranışlarımızla dövlətimizi gücdən salmamalıyıq. Həyat koronavirusla başlamayıb və koronavirusla bitməyəcək. Xalq və dövlət olaraq daha böyük strateji hədəflərimiz var və hədəflərə çatmaq üçün topladığımız gücü insanların laqeyd və məsuliyyətsiz davranışları ucbatından istismar etməməliyik.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev COVID-19 virusuna qarşı mübarizənin leytmotivinə çevrilən “Biz birlikdə güclüyük!” şüarını irəli sürəndə təkcə xalq-dövlət birliyini nəzərdə tutmamışdı. Bu şüar, ilk növbədə, bütün Azərbaycan vətəndaşlarının bir-birilərinin həyatlarını, sağlamlıqlarını, Azərbaycan dövlətinin resurslarını qorumaq üçün daha məsuliyyətli davranmalarına çağırışdır. Xüsusi karantin rejimi yumşalsa da, məsuliyyət hissimiz yumşalmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir