Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadə etsək virusun yeni dalğası ilə üz-üzə qalacağıq

Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadə etsək virusun yeni dalğası ilə üz-üzə qalacağıq

Bakı, 30 aprel, AZƏRTAC

Koronavirusla əlaqədar ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması, əslində, o deməkdir ki, bu qlobal problemdən qalib çıxmaq üzrəyik. Lakin arxayınlaşmaq olmaz, təhlükə tam sovuşmayıb, proseslərin sonrakı mərhələsində atılacaq addımları Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən edəcək. Verilən qərarın məzmunundan asılı olmayaraq unutmayaq ki, Azərbaycan xalqı ciddi sınaq qarşısındadır. Ya biz bu virusa qalib gəlib normal həyatımıza dönəcək və postpandemiya dövrünün meydana çıxardığı problemlərin həlli ilə məşğul olacağıq, ya da xəstəliyin yeni dalğası üz-üzə qalmalı olacağıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Deputat qeyd edib ki, kifayət qədər ehtiyatlarımız var, lakin imkanlarımız sonsuz deyil. Biz COVID-19-un ilk və ümid edirik ki, bizim üçün son dalğasına 3,5 milyard manatdan çox pul xərclədik. Dövlət vəsaitinin pandemiyanın yeni dalğasının nəticələrinin aradan qaldırılmasına yönəlməməsi üçün hər bir vətəndaşımızın üzərinə ciddi vəzifələr düşür. Bu, bir milli borcdur, vətən, xalq, dövlət və dövlətçilik qarşısında mənəvi vəzifədir. Əslində məsələ kifayət qədər sadədir: Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadəyə yol verməmək.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə videokonfransda da dediyi kimi, karantin tədbirləri Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Aydındır ki, bu şəraitdə karantin tədbirləri sonsuzadək davam edə bilməz. Əlbəttə, bu rejim bir yerdən, bir məqamdan sonra tədricən yumşaldılmalıdır. Karantin tədbirlərinin yumşaldılması elə sərtləşmə tədbirləri kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Hüquqlar, vəzifələr, rejimi dəyişən, fəaliyyətə açılan obyekt və sahələrin dairəsi konkretləşib. Vətəndaşın hərəkət imkanı SMS xəbərdarlıq imkanı vasitəsilə nizamlanıb. İndi vətəndaşın üzərinə düşən yeganə vəzifə bu qaydalara riayət etməkdir. Axı, başa düşmək çətin deyil ki, bir həftə ərzində yoluxmanın sayının üçrəqəmli göstəriciyə çatması, əldə olunan nailiyyətlərin heçə endirilməsi üçün cəmi bir şəxsin gizli yoluxması kifayət edə bilər. Sizcə bu dövlətə, xalqa xəyanət olmazmı?

Azərbaycan Prezidentinin də dediyi kimi, son iki ayda xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib. Dövlət bu il ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırıb. Bundan sonra da artaraq il ərzində 90 min olacaq. Habelə sosial yardım alan vətəndaşların da sayı 80 minə çatdırılıb, özünüməşğulluq imkanlarından faydalanan insanların sayı 70 faiz artırılaraq 12 minə çatdırılıb. Prezident İlham Əliyev qeyd edir ki, bundan sonra da sosial sahədə hansı addımlar lazımdırsa atılacaq, məbləğinə və maliyyə yükünə baxmadan. Bu, ali humanizm nümunəsidir. Lakin hər birimiz bir məqamı anlamalıyıq ki, bu büdcə, bu iqtisadiyyat bizimdir, iqtisadi artım bizim güzəranımız, gücümüz, ailəmizin, övladımızın gələcəyi deməkdir. Yaxşı olmazmı ki, dövlət vəsaiti xəstəlik və onun nəticələrinə deyil, iqtisadi inkişafa, insan kapitalının inkişafına yönələ? Təbii ki, mümkündür, ancaq karantin rejiminin tələblərinə əməl etməklə. Dövlət karantin rejiminin davam etdirilməsində maraqlı deyil. Hər ötən gün büdcəyə yükdür. Eyni zamanda, tətbiq edilən rejim vətəndaş üçün də kifayət qədər diskomfort yaratmaqdadır. Mövcud karantin rejiminə ən qısa müddətdə son qoyulması həm dövlətin, həm də vətəndaşın niyyəti ilə üst-üstə düşür. Faktiki olaraq məqsəd eynidir. Bu məqsədə çatmağın yeganə yolu rejimə əməl etməkdir. Nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik.

“Tam məsuliyyəti ilə deyə bilərik ki, biz heç bir toplumdan geri qalmırıq, hətta çoxları üçün rəşadət, cəsarət və dözümə görə daha üstünük. Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, milli kimlik, ailə dəyərləri, böyüklərə hörmət, kiçiklərə qayğı məfhumu bir sıra cəmiyyətlərdən fərqli olaraq bizdə hələ də çox ciddi formada qorunmaqdadır. Biz çoxlarından daha yekdil milli ruha malikik. İndi bu xüsusiyyətlərimizi nümayiş etdirməyin zamanıdır. Birinci və İkinci dünya müharibələrində mühasirəyə düşən, ac qalan şəhərləri yada salaq. Bu gün biz də COVID-19 adlı düşmənlə üz-üzəyik, daha dəqiq desək, mühasirədəyik. Bu düşmən tarixboyu qarşılaşdığımız düşmənlərin hamısından daha amansız, daha qəddardır. Bu müharibədə humanitar hüququn heç bir qaydasının hökmü yoxdur. Yeganə çarəmiz, ailəmizi, uşağımızı, evimizin yaşlısını qorumağın yeganə yolu məhz karantin qaydalarına əməl etməkdən keçir. Təbii ki, dövlət karantin rejimini inzibati tədbirlərlə təmin etmək gücündədir. Lakin anlayışla qarşılamaq, tədbirlərin mahiyyətini anlayıb hərəkət etmək daha doğru olmazmı?”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb