Karate üzrə Azərbaycan milli komandası İspaniyaya yollanıb
Bakı, 26 mart, Nicat Məmmədov, AZƏRTAC
Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası martın 28-dən 31-dək İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək 54-cü Avropa çempionatında iştirak etmək üçün bu ölkəyə yollanıb.
AZƏRTAC Azərbaycan Karate Federasiyasına istinadla xəbər verir ki, Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdəki 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatamiyə çıxacaq.
Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Rəşad Hüseynov kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyevə (- 60 kiloqram), Rafiz Həsənova (-67 kiloqram), Rafael Ağayevə (-75 kiloqram), Ayxan Mamayevə (-84 kiloqram) və Asiman Qurbanlıya (+84 kiloqram), qadınların baş məşqçisi Denis Morozov isə Nuranə Əliyevaya (-50 kiloqram), İlahə Qasımovaya (-55 kiloqram), Fəridə Abiyevaya (-61 kiloqram), İrina Zaretskaya (-68 kiloqram) və Fəridə Əliyevaya (+68 kiloqram) üstünlük verib. Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev də heyətdə olacaqlar.
Kata üzrə baş məşqçi Vahid Ayvazov fərdi yarışlarda Roman Heydərova, para-karate çıxışlarında Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyətə güvənib.
Turnirdən bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçiriləcək. EKF-in İcraiyyə Komitəsinin üzvü Y.Bəşirovla yanaşı, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcəklər.
Avropa çempionatında 51 ölkədən 508 idmançı mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları qazanmağa çalışacaqlar.
Yarışı idarə edənlər arasında beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq.
Milli komandamız aprelin 2-də Bakıya qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [23:58]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:03]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [21:41]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [18:55]
Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb
- 04.02.2026 [17:40]
Güləş üzrə Azərbaycan çempionatında daha 4 çəkidə finalçılar müəyyənləşib
- 04.02.2026 [17:30]
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
- 04.02.2026 [16:59]
Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib
- 04.02.2026 [15:23]
Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək
Avrozonada inflyasiya azalıb
- [06:39]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:58]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [23:03]
Qarlı Bakı havası
- 04.02.2026 [22:51]
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
- 04.02.2026 [22:10]
Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb
- 04.02.2026 [21:59]
Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır
- 04.02.2026 [21:55]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [21:41]
Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub
- 04.02.2026 [20:55]
Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
- 04.02.2026 [20:46]
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb
- 04.02.2026 [20:38]
Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var
- 04.02.2026 [20:36]
Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik
- 04.02.2026 [20:12]
Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib
- 04.02.2026 [19:39]
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir
- 04.02.2026 [19:36]
Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir
- 04.02.2026 [19:25]
Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- 04.02.2026 [19:13]
Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb
- 04.02.2026 [18:55]
Şimal bölgəsindən 447 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb
- 04.02.2026 [18:28]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 04.02.2026 [18:18]
Ermənistanın Baş naziri: Sülh hər bir kəsə lazımdır
- 04.02.2026 [18:13]
Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar
- 04.02.2026 [18:11]
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib
- 04.02.2026 [18:09]
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
- 04.02.2026 [18:07]
Paşinyan: Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar
- 04.02.2026 [18:03]
Çin və ABŞ liderlərinin telefon danışığı olub
- 04.02.2026 [18:02]
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi genişləndiririk
- 04.02.2026 [17:58]
“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində
- 04.02.2026 [17:54]
Azərbaycan Prezidenti: Biz sülh şəraitində yaşamağı öyrənirik
- 04.02.2026 [17:46]
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb
- 04.02.2026 [17:44]
Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir
- 04.02.2026 [17:43]
Güləş üzrə Azərbaycan çempionatında daha 4 çəkidə finalçılar müəyyənləşib
- 04.02.2026 [17:40]
Norveçdə vəliəhd şahzadənin oğlunun işi üzrə məhkəmə prosesi keçirilir
- 04.02.2026 [17:38]
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
- 04.02.2026 [17:30]
Venesuelada neft hasilatı və ixracı ABŞ qanunlarına uyğun həyata keçiriləcək
- 04.02.2026 [17:15]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [17:09]
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərində yeni mərhələ - ŞƏRH
- 04.02.2026 [17:06]
Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib
- 04.02.2026 [16:59]
Postmüharibə dövründə 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib
- 04.02.2026 [16:59]
ITF baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir
- 04.02.2026 [16:59]
Salyanda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
- 04.02.2026 [16:56]
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
- 04.02.2026 [16:44]
Masallıda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub
- 04.02.2026 [16:29]