İDMAN
Karateçilərimiz Xorvatiyada keçirilən turniri 2 qızıl və 1 bürünc medalla başa vurublar
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın karate üzrə 21 yaşadək milli komandasının üzvü Murad Hacızadə (84 kq-dan yuxarı) Xorvatiyada keçirilən Dünya Karate Federasiyasının (WKF) kuboku uğrunda turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (50 kq) isə təsəlliverici görüşlərə qatılsa da, bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib.
Yarışların ilk günündə turnirdə Roman Heydərov (kata) qızıl medal, Hüseyn Alıyev (67 kq) isə bürünc mükafat qazanıb. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurublar.
Turnirdə 68 ölkədən 1340 idmançı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]
Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib
- 27.04.2024 [16:07]