KATV1 startap müsabiqəsinə başlayıb
Bakı, 10 fevral, AZƏRTAC
KATV1 biznes-layihələr müsabiqəsinə start verib. Müsabiqə çərçivəsində ən yaxşı ideyaların gerçəkləşməsi üçün imkan yaradılacaq. Şirkətdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas fərqi layihələrin məhz ideya mərhələsində qəbul edilməsindən ibarətdir ki, ən yaxşı ideyalar da KATV1-in dəstəyilə reallaşdırıla bilər. Müsabiqənin sonunda üç ən yaxşı layihənin komandaları KATV1-ə dəvət ediləcək, layihələrinin reallaşdırılması üçün şirkət tərəfindən dəstək göstəriləcək.
Təqdim olunacaq layihələr - layihənin uğurla reallaşdırılması üçün komanda; Azərbaycan bazarı üçün əsaslandırılmış biznes-model; növbəti mərhələlər üçün inkişaf potensialına malik xidmətin və ya məhsulun aydın təsviri; ideyanın biznes üçün yararlılığı: gəlir əldəetmə imkanı; cəmiyyət üçün sosial dəyər meyarları üzrə qiymətləndiriləcək.
Layihələrin müsabiqəyə qəbulu üçün son tarix martın 15-dir. Seçilmiş layihələr martın 25-dən 30-dək komissiyaya təqdim olunduqdan sonra qaliblər elan ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər layihələrini (təqdimat və ya layihənin təsviri) [email protected] ünvanına göndərə bilərlər.