“Kərim Məşrutəçi Sönməz” monoqrafiyası çapdan çıxıb
Bakı, 4 aprel, AZƏRTAC
Ədəbiyyatşünas alim Lətifə Mirzəyevanın “Kərim Məşrutəçi Sönməz” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, əsərdə şair, yazıçı, publisist, dilçi, tərcüməçi, tədqiqatçı, 60 ilə yaxın ədəbi yaradıcılıqla məşğul olan Kərim Məşrutəçi Sönməzin həyatı, ədəbi mühiti, bədii irsi tədqiq olunub. Oxucular monoqrafiyada ustadın poeziyası, nəsri, ədəbi-nəzəri fikirləri, ictimai-siyasi hadisələrə, azərbaycançılıq ideologiyasına münasibəti, tərcüməçilik fəaliyyəti, bir sözlə, çoxşaxəli yaradıcılığı ilə tanış ola bilərlər.
Orijinallığı, dolğunluğu ilə diqqəti cəlb edən və yeni tədqiqatlara yol açan əsərin elmi redaktoru professor Teymur Əhmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]