Kişi qılıncoynadanlarımız Soçidə keçirilən Dünya Kubokunda şəxsi yarışı başa vurublar
Bakı, 11 fevral, AZƏRTAC
Kişi şpaqaçılarımız Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kubokunda şəxsi yarışda iştiraklarını başa vurublar.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrup səddini uğurla adlayan Ruslan Həsənov (3 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk pley-off qarşılaşmasında mübarizəni dayandırıblar. Ruslan Həsənov Dmitriy Qusevə (8:15), Barat Quliyev isə Nikita Qlazkova (15:13) uduzub.
Qrupda bir qələbəsi olan Fərrux Səfərov mübarizəni erkən dayandırıb.