Kişi şpaqaçılarımız Rusiyada keçirilən dünya kuboku yarışında mübarizəni dayandırıblar
Bakı, 14 fevral, AZƏRTAC
Kişi şpaqaçılarımız Rusiyanın Soçi şəhərində keçirilən dünya kuboku yarışında şəxsi kateqoriyada iştiraklarını başa vurublar.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qrup səddini uğurla adlayan Ruslan Həsənov (3 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk pley-off qarşılaşmasında mübarizəni dayandırıblar.
R.Həsənov Dmitriy Qusevə (8:15), Barat Quliyev isə Nikita Qlazkova (hər ikisi Rusiya) (15:13) uduzublar.
Qrupda 1 qələbəsi olan Fərrux Səfərov mübarizəni erkən dayandırıb.