MƏDƏNİYYƏT
KİTABXANADA “DƏYİRMİ MASA”
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Tereza Markivin, səfirliyin xətti ilə Birləşmiş Ştatlarda təcrübə keçmiş 5 nəfər kitabxanaçının da iştirak etdikləri tədbirdə fikir mübadiləsi aparılmışdır.
Kitabxananın direktor müavini Zahirə Dadaşova “Amerikada kor uşaqlar kitabxanası və yeni kitabxanalar”, M.F.Axundov adına Dövlət Kitabxanasının direktor müavini Mələk Hacıyeva “Meridian mərkəzi -beynəlxalq qonaqlar proqramı”, Mədəniyyət Nazirliyinin nümayəndəsi Yaşar Hüseynov “Azərbaycanda kitabxanaların inkişaf proqramı”, Gəncə şəhər mərkəzləşmiş kitabxana sisteminin direktoru Elmira Əliyeva “Amerikada regional kitabxanalar”, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının əməkdaşı Zülfiyyə Məmmədova “Amerika Universitet kitabxanası” mövzusunda məruzələr etmiş, çıxışlar olmuşdur.