Kitabxanada “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və Binəqədi rayon 143 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə geniş tərtibatlı kitab sərgisi nümayiş olunub.
Məktəbin müəllimi Azadə Yusifova müstəqilliyimizə gedən yolun çətinliklərindən bəhs edib.
Müstəqilliyə və azadlığa gedən yolu əks etdirən videoçarx nümayiş olunub. Şagirdlərin ifasında Vətən, Qələbə ruhlu şeirlər səslənib.
Tədbirin sonunda müəllim və şagirdlərlə xatirə fotoları çəkilib.