MƏDƏNİYYƏT
Kitabxananın oxucuları arasında müsabiqə keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında fəal oxucular arasında bilik yarışması üzrə müsabiqə keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi məktəbli oxucularda mütaliə vərdişlərini artırmaq olmuşdur.
Müsabiqədə üç komanda - “Azəri”, “Turan” və “Xəzri” iştirak etmişdir. Daha çox xal toplamış “Turan” birinci yerə layiq görülmüşdür.
Komandaların kapitanlarına kitab hədiyyələri verilmişdir.
Tədbirdə, həmçinin bacarıqlı kiçik yaşlı oxucuların əl işləri nümayiş etdirilmiş, tarda və skripkada musiqi nömrələri səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [20:54]
Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 27.06.2024 [18:12]
Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq
- 27.06.2024 [15:45]
“Azərbaycançılıq məfkurəsi” kitabı işıq üzü görüb
- 27.06.2024 [15:42]
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 27.06.2024 [14:15]
Fərat çayı boyunca Şərqi Anadolu - REPORTAJ
- 27.06.2024 [12:00]