Azərbaycan Dövlət İnformasiya Agentliyi

KİYEVDƏ ÇIXAN “DEN” QƏZETİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HAQQINDA ANALİTİK MƏQALƏ DƏRC EDİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kiyevdə çıxan gündəlik “Den” qəzetinin 6 may tarixli nömrəsində “Millət üçün dirijor lazımdır” sərlövhəli məqalə dərc edilmişdir. Ukraynanın tanınmış jurnalistlərindən olan İqor Slisarenko bu analitik materialda ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edir.

Müəllif yazır ki, həqiqi lider orkestrin dirijoruna bənzəyir. O, hansı əsəri və necə ifa etmək lazım olduğunu bilməklə yanaşı, həm də ahəngdar və ustalıqla fəaliyyət göstərən komanda təşkil etməyi bacarır.

Həqiqətən, peşəkar dirijor öz komandasına, hətta bəzi şəxsi keyfiyyətləri xoşuna gəlməsə belə, yalnız istedadlı və çalışqan musiqiçiləri cəlb edəcəkdir. Pis skripkaçıya violonçel və ya truba çalmağı tapşırmayacaqdır. Nəhayət, dirijor musiqiçilərə simfoniyanı öyrənmək barədə tapşırıq verib, özü çıxıb gedə bilməz ki, bir də yalnız konsert vaxtı gəlsin...

İ.Slisarenko xatırladır ki, 1990-cı illərin birinci yarısında şaxələndirmə və enerji təchizatı baxımından müstəqillik anlayışlarına hələ əhəmiyyət verilməyən vaxtlarda Azərbaycan Prezidenti Heydər Əliyev enerji daşıyıcılarının dünya bazarına sürətlə çıxarılması üçün iki boru kəmərindən - Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan marşrutlarından istifadə edilməsini qərara alır. Hazırda terminalı Türkiyənin Ceyhan şəhərində yerləşən və Heydər Əliyevin adını daşıyan BTC-ni XXI əsrin ən iri layihəsi adlandırırlar. Bu kəmər bütün dünyanın energetika xəritəsində mühüm dəyişikliklərə səbəb olmuşdur. Halbuki, ilk vaxtlar bu planı əfsanə adlandırırdılar, ona qarşı aşkar və xüsusən gizli müqavimət göstərirdilər.

Yaşasaydı, bu il mayın 10-da Heydər Əliyevin 85 yaşı tamam olardı. Vəfatından sonra onun ümummilli lider adlanması tamamilə təbii qəbul edilir. Lakin təxminən 15 il bundan əvvəl Azərbaycan xalqının çoxsaylı xahişlərini nəzərə alan Heydər Əliyev Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri, sonra isə ümumxalq seçkilərində ölkənin Prezidenti seçiləndə kimsə bunu qabaqcadan sezə bilərdimi?

Məqalədə daha sonra deyilir ki, sələflərindən ona qalmış irsi indi dəbdə olan “çağırışlar” sözü ilə adlandırmağa adamın dili də gəlmir. Respublika vətəndaş müharibəsi həddində idi. Barışmaz siyasi rəqiblərin hakimiyyət uğrunda daim çəkişməsi silahlı qiyamlar dərəcəsinə çatmışdı. Nizami ordu yox idi. Amma siyasi partiyaların hərbiləşdirilmiş qruplaşmaları vardı. Özü də elə bir vaxtda ki, ölkə Ermənistanla müharibə vəziyyətində idi, Azərbaycanın ərazisinin xeyli hissəsi işğal edilmişdi. Demək olar ki, bütün əhali yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı, üstəlik bir milyon qaçqın və məcburi köçkün var idi. İlk baxışda, çox ümidsiz bir vəziyyət yaranmışdı. Xarici xüsusi xidmət orqanlarının fəaliyyəti dövlətçiliyin iflasına təkan verirdi, onlar bu və ya digər siyasi qruplaşmaları özlərinin “beşinci dəstəsi”nə çevirirdilər. ABŞ Konqresi Azərbaycanı Ermənistanı blokadaya almaqda günahlandıraraq, onun hər hansı humanitar yardımdan məhrum olunması barədə qərar qəbul etmişdi...

İ.Slisarenko yazır ki, Heydər Əliyevin Bakıya qayıtmasını milli ziyalılar xahiş etmişdi. Əslində, bu ziyalılar dəstəsi hələ 1970-ci illərdə sovet Azərbaycanında Heydər Əliyevin özü tərəfindən yaradılmışdı. O vaxt, respublika Kommunist Partiyasının birinci katibi olarkən yüzlərlə istedadlı gənci İttifaqın ən yaxşı ali məktəblərində təhsil almağa göndərirdi. Həmin illərdə respublika İttifaqın aqrar monokultur xammal bazasından sənaye-aqrar kompleksinə çevrilmiş, mənzil və sosial infrastruktur obyektləri tikintisi kütləvi miqyas almışdı. Bundan əlavə, Heydər Əliyev Azərbaycan ədəbiyyatının və kinosunun inkişafı, milli teatrlar yaradılması, Bakının mədəni meqapolisə çevrilməsi və hətta indi dünya səviyyəli klassiklərdən olan Qara Qarayevin musiqidə avanqard axtarışlarını və milli cazı dəstəkləməklə məşğul idi... Hətta Əliyevin düşmənləri də özlərinin iflasa uğramasını etiraf edərək, onun qayıtmasına razılıq verməyə məcbur idilər (həmin illərdə çəkilmiş fotoşəkillərdə deputat Əliyevin parlament sessiyasında gedən davanı qüssə ilə müşahidə edərək mikrofonla çıxış etmək üçün növbədə gözlədiyini görmək olar).

Heydər Əliyevin andiçmə mərasimindəki nitqində bəyan etdiyi fəaliyyət proqramı çox sadə idi: “dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dövlət hakimiyyətinin təşkil edilməsi, tam ərazi bütövlüyünün təmin olunması, hərbi əməliyyatların dayandırılması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması”. O, həmin proqramı sözdə deyil, əməli işdə yerinə yetirirdi.

Bir ildən sonra isə zəngin neft ehtiyatlarının taleyi sınağa çəkildi.

Məqalənin müəllifi yazır ki, Heydər Əliyev hakimiyyətə qayıdandan dərhal sonra o vaxta qədər Qərb şirkətləri ilə imzalanmaq üçün hazırlanmış sazişi ləğv etdi və açıq bəyan etdi ki, həmin saziş Azərbaycanın təbii sərvətlərinin talan olunmasına şərait yaradır. Danışıqlar büsbütün yenidən başlandı. Ən gərgin dövrü isə 1994-cü ilə təsadüf etdi, o vaxt rəsmi Bakı danışıqları iki dəfə, sadəcə, dayandırmışdı. Azərbaycanın indiki prezidenti, o vaxt ARDNŞ-in vitse-prezidenti olan İlham Əliyev həmin dövrü xatırlayaraq deyirdi: “Biz xarici şirkətlərə deyirdik ki, siz şirkətlərin mənafelərini müdafiə edirsiniz, biz isə Azərbaycan xalqının mənafeyini. Buna görə də bizim səhv etməyə haqqımız yoxdur”. Nəticədə sonradan “Əsrin müqaviləsi” adlanan saziş imzalandı.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Avropa Şurasına qəbul edildi. Azərbaycan bu quruma daxil olarkən bəziləri buna istehza ilə yanaşırdısa, indi bu ölkənin Avropanın ilk demokratiyalar klubunda iştirak etməsi tamamilə təbii hal kimi görünür. Hər halda, Ukraynada olduğu kimi, Azərbaycanda da demokratik normalara riayət edilməsi baxımından monitorinq keçirən bu təşkilatın iradlarının həcminə görə hələlik Kiyev irəlidədir. Bundan əlavə, “Ukrayna məsələsi” AŞPA-nın leksikonuna möhkəm daxil olmuş bir anlayışdırsa, “Azərbaycan məsələsi” ümumiyyətlə yoxdur.

Bəziləri paxıllıqdan deyirlər ki, Azərbaycanın uğurları neft ehtiyatları sayəsində təmin edilmişdir. Belələrinə İlham Əliyev bu cür cavab vermişdir: “Biz başqalarının təcrübəsinə əsasən bilirik ki, neft və qaz heç də həmişə xoşbəxtlik, firavanlıq və ədalət gətirmir. Bəzi ölkələrdə kiçik qruplar varlanır, əksəriyyət isə yalnız yoxsullaşır. Biz başqaları kimi neftlə zəngin, amma əhalisi yoxsul ölkə olmayacağıq”. İndi respublika neft dollarlarından necə istifadə etməyi sürətlə və yaxşı öyrənir. Söhbət bayağı “yeməkdən” getmir. Ölkə büdcəsinin üçdə bir hissəsi, ilk növbədə, regionlarda infrastrukturun inkişafına, orada müasir məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikintisinə sərf edilir. Cəmi üç il bundan əvvəl əhalinin təqribən yarısı yoxsulluq həddindən aşağı vəziyyətdə idisə, indi belə insanların sayı üç dəfə azalmışdır.

Məqalə müəllifi vurğulayır ki, ölkə Prezidentinin iş cədvəli də ürəkaçandır - İlham Əliyev paytaxtda, iş otağında az olur, o, rayonlara səfərlər etməyi, tikinti meydançalarında müşavirələr keçirməyi üstün tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb