KOB-lar üçün korrupsiyanın özəl sektora təsiri mövzusunda məruzə olacaq
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 5-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Antikorrupsiya idarəetmə sistemi İSO 37001 beynəlxalq standartının özəl sektorda tətbiqi” mövzusunda təlim keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Bakı KOBİM-in təlimçi-eksperti Asif İbrahimov antikorrupsiya anlayışı, korrupsiyanın özəl sektora təsiri, dövlət qurumları ilə əməkdaşlıq, normativ-hüquqi istinadlar, standartda istifadə olunan terminlər, liderlik və planlaşdırma, dəstək fəaliyyətləri, ölçmə təhlili, sistemin qurulması və tətbiqində diqqət olunmalı məqamlar mövzularında məruzə edəcək.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “[email protected]” elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Təlim ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]