KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir
Bakı, 3 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif perspektivlərdən ESG məsələləri ilə sıx bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində deyib.
O qeyd edib ki, bu ilin əvvəlindən KOBİA ESG prinsiplərini özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.
Orxan Məmmədov bildirib ki, ESG prinsiplərinin tətbiqinin bizneslər üçün faydaları aydındır. Bu prinsiplər davamlı inkişafı təmin etməyə, risklərə qarşı dayanıqlılığı artırmağa, beynəlxalq maliyyə resurslarına və bazarlara çıxışı genişləndirməyə və ümumi biznes idarəçiliyini optimallaşdırmağa kömək edir.
“KOBİA bütün maraqlı tərəflər, o cümlədən bizneslər arasında ESG prinsiplərini təbliğ etməyə davam edir. ESG bütün müvafiq dövlət orqanlarının, biznes qurumlarının, birliklərin, akademik dairələrin və ictimaiyyətin birgə səylərini tələb edən hərtərəfli məsələdir”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]